Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ağacan Əbiyev: Olimpiada-80-də sovet boksunun səviyyəsi indikindən yüksək idi

© Sputnik / Yuriy Abramochkin / Mediabanka keçid На ринге советский боксер Петр Знаев и кубинский боксер Теофило Стивенсон. XXII Летние Олимпийские игры
 На ринге советский боксер Петр Знаев и кубинский боксер Теофило Стивенсон. XXII Летние Олимпийские игры - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan MOK-un Baş katibi, Milli Boks Federasiyasının vitse-prezidenti Moskva Olimpiadasında hakimlik və o zaman xüsusi xidmət orqanlarının nümayəndələri ilə necə söhbət etdiyi barədə danışıb

BAKI, 27 iyul – Sputnik. Teymur Tuşiyev. Moskvada 1980-ci ildə keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmanı təkcə Olimpiya medalı uğrunda mübarizə aparanlarla deyil, eləcə də mübahisələri həll edənlərlə təmsil olunub. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Əbiyev 1980-ci il oyunlarında boks üzrə Olimpiya turnirinə hakimlik edib və hesab edir ki, SSRİ idmançılarının ustalığı çox yüksək olub.

© Sputnik / Murad OrujovAğacan Əbiyev
Ağacan Əbiyev: Olimpiada-80-də sovet boksunun səviyyəsi indikindən yüksək idi - Sputnik Azərbaycan
Ağacan Əbiyev

Özü də, Moskvada ilk dəfə Olimpiya oyunları tarixində boks yarışları zamanı yeni xal hesablanması sistemi tətbiq edilib və sistemi Əbiyev hazırlayıb. O, Sputnik Azərbaycan-a müsahibəsində Moskva Olimpiadası barədə xatirələrini bölüşüb.

Karyerasında ilk Olimpiada olsa da, heç bir həyəcan olmayıb

MOK Baş katibi hesab edir ki, Olimpiya Oyunları SSRİ üçün çox məsuliyyətli hadisə idi. Xüsusən də, “soyuq müharibə” fonunda.

“Xoşbəxtlikdən Moskvadakı oyunlar çox yüksək səviyyədə təşkil olunmuşdu və təqlid üçün nümunəyə çevrildi. Bundan əlavə, sovet idmançıları medal yarışında birinci oldular. Eyni zamanda, Moskvada xeyli sayda dünya rekordu qırıldı ki, bu da idmançıların yüksək səviyyəsini sübut edirdi. Sovet idmanının uğuru oyunlarda iştirak edən SSRİ xalqlarının nailiyyətlərinin nəticəsi idi” – deyə Əbiyev nəql edir.

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçid Olimpiada-80-də boks, arxiv şəkli
Ağacan Əbiyev: Olimpiada-80-də sovet boksunun səviyyəsi indikindən yüksək idi - Sputnik Azərbaycan
Olimpiada-80-də boks, arxiv şəkli

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Moskva oyunlarında SSRİ-ni təmsil edən üç hakimdən biri olub. Olimpiadanın boks turnirinə isə hakimlərin seçilməsini həvəskar boks üzrə Beynəlxalq Federasiya həyata keçirib. Oyunlar özü isə Əbiyevin karyerasında boks üzrə hakim kimi ilk olub. İkinci dəfə Olimpiadada hakim kimi düz 28 il sonra Pekində iştirak edib. Bu dəfə müstəqil Azərbaycanın təmsilçisi olub.

“Sən Olimpiya oyunlarına, xüsusən də öz ölkəndə keçirilən oyunlara düşəndə, bu, çox məsuliyyətlidir və eyni zamanda şərəfdir. Mən həyəcanlanırdımmı? Əgər obyektiv və düzgün hakimlik edirsənsə, həyəcanlanmaq üçün səbəb yoxdur. Fırıldaqçılıq edənlərin dizi əsirdi. Düzdür, mənim tətbiq etdiyim hakimlik aparatı qeyri-düzgün hakimlok cəhdlərini heçə endirirdi” – Əbiyev qeyd edib.

Texnika ədalətli hakimliyin keşiyində

Moskva Olimpiadasının boks turnirində bir dənə də olsun mübahisəli insident qeydə alınmayıb, azərbaycanlı hakimin işi isə Beynəlxalq Federasiya tərəfindən ən yüksək qiymət alıb. Bu, ilk növbədə onunla bağlı olub ki, Olimpiadada ilk dəfə hesablayıcı texnika tətbiq edilib. MOK Baş katibinin sözlərinə görə, həvəskar boksda elektron hakimlik erası məhz Moskva Olimpiadasından başlayıb. 

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçid Olimpiada-80-də boks, arxiv şəkli
Ağacan Əbiyev: Olimpiada-80-də sovet boksunun səviyyəsi indikindən yüksək idi - Sputnik Azərbaycan
Olimpiada-80-də boks, arxiv şəkli

Əbiyevin icad etdiyi aparat ilk dəfə Donetskdə keçirilən SSRİ kubokunda – Olimpiada-80-dən ik8i il əvvəl istifadə edilmişdi. Aparatın əsas işləmə prinsipi ondan ibarət idi ki, boksçuya xal o zaman hesab olunur ki, beş hakimdən ən azı üçü boksçulardan birinin zərbəsini qeydə alır. Həvəskar boksda bu gün də xal hesablanması zamanı bu sistemdən istifadə olunur.

Əbiyev hesab edir ki, Moskva Olimpiadası zamanı sovet boksu dünyada ən güclüsü olub. Söhbət heç də xalların kompüter sistemi ilə hesablanmasında deyil, boksçuların hazırlanması sistemində olub.

“Moskva Olimpiadası zamanı sovet həvəskar boksunun səviyyəsi, yəqin ki, hətta müasir boksun səviyyəsindən də yüksək olub. Mən nə federasiyanı, nə boksçuları ittiham etmirəm. Məsələ ondadır ki, hazırda yaxşı boksçuları ələ keçirməyi arzu edən çoxsaylı professional təşkilatlar var. Bu səbəbdən hazırda həvəskar boksun səviyyəsi düşür. Ancaq həvəskar boks üzrə Beynəlxalq Federasiyanın səyi nəticəsində bu idman növü olimpiya proqramında qalır” - Əbiyev qeyd edir.

Olimpida-80-də ən məşğul şəxslər

Moskva Olimpiadası zamanı boks hakimləri ən məşğul şəxslərdən biri olublar. Çünki bu idman növü üzrə yarışlar çox gec bitirmiş və onların sadəcə başqa heç nəyə vaxtı qalmırmış. 

© Sputnik / Yuriy Abramochkin / Mediabanka keçid Olimpiada-80-də boks, arxiv şəkli
Ağacan Əbiyev: Olimpiada-80-də sovet boksunun səviyyəsi indikindən yüksək idi - Sputnik Azərbaycan
Olimpiada-80-də boks, arxiv şəkli

“Olimpiadada başqa nə iləsə məşğul olmaq sadəcə mümkün deyildi. Çəkinin yoxlanmasına 8 saat gedirdi, üstündən 2-3 saat sonra yarışlara getməliydik, yarışlar da gecəyə qədər çəkirdi. Bundan başqa, Olimpiada zamanı Beynəlxalq Federasiyanın xüsusi komissiyası işləyirdi. Bu komissiya hakimlərin yarışlardan kənar davranışını izləyirdi. Bu, ona görə edilirdi ki, bu və ya digər ölkənin nümayəndə heyəti hakimləri restorana və ya başqa yerə dəvət eləməsin” – Əbiyev xatırlayır.

Hakimləri təkcə Beynəlxalq Boks Federasiyasının komissiyasının nümayəndələri deyil, həm də SSRİ xüsusi xidmət orqanları izləyiblər. Əbiyevə Moskva Olimpiadası zamanı belə xüsusi xidmət orqanlarından birinin əməkdaşı ilə söhbət etmək “xoşbəxtliyi” nəsib olub.

“Bir dəfə mülki geyimli yoldaş məni özəl söhbətə dəvət elədi. O, dedi ki, mən görüşləri normal idarə edirəm, amma ona elə gəlir ki, mənim Türkiyə, İran kimi müsəlman ölkələrinə simpatiyam var. Mən isə cavabında dedim ki, mənim bir ölkəm var – Sovet İttifaqı və vətənim Azərbaycandır. Olimpiya Oyunları dini yarış deyil. Ola bilər ki, o, sadəcə barmağını göyə tuşlamışdı, yəni heç bir faktı olmadan mənə ittiham irəli sürüb, sınayırdı” – Əbiyev bildirir. 

© Sputnik / Yuriy Abramochkin / Mediabanka keçid Olimpiada-80-də boks, arxiv şəkli
Ağacan Əbiyev: Olimpiada-80-də sovet boksunun səviyyəsi indikindən yüksək idi - Sputnik Azərbaycan
Olimpiada-80-də boks, arxiv şəkli

MOK Baş katibinin sözlərinə görə, ümumilikdə Moskva Olimpiadası belə yarışların keçirilməsi tarixində ən nümunəvilərdən biri olub. Olimpiada zamanı oyunlar barədə təəssüratı korlaya biləcək hansısa nəzərəçarpacaq insident qeydə alınmayıb.

“Yarışlar zamanı həyata keçirilən sərt nəzarət heç də sonuncu rolu oynamadı. Bu, 1972-ci ildə Münhen Olimpiadası zamanı girovların götürülməsi ilə bağlı olan faciəli hadisələr fonunda xüsusilə vacib idi. Moskvada bu hadisələrin təkrarlanmasü üçün heç bir şans yox idi” – Əbiyev əlavə edib.

Xəbər lenti
0