CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yoluxma sayı durmadan azalır! Simptomlar barəsində isə bədbin xəbər var

© AFP 2023 / PUNIT PARANJPEМедик, фото из архива
Медик, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Öncəki 2 aydan fərqli olaraq hazırkı xəstələrdə subfebril temperatur, yəni, 37.0-37.4 hərarət bir ay boyunca davam edir. Əvvəlki aylarda isə 14 gündən artıq temperatur tək-tük xəstələrdə müşahidə olunurdu " - İlhamə Şirinova

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Artıq bir neçə gündür ki, Azərbaycanda COVID-19-a yoluxanların sayında azalmalar var. 

Тест на короновирус в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
Bir müddət öncə az qala gündəlik 600 nəfərə çatan yoluxma halları sərt karantin rejimi nəticəsində 400-dən də aşağı düşüb. Bu gün COVID-19-a yoluxanların sayı 322 nəfər olub.

Maraqlıdır, rəqəmlər azalır, bəs xəstələrin ağırlıq dərəcəsi, ümumi vəziyyəti necə, öncəki xəstələrlə müqayisədə fərqlidirmi?

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında hələ də rəqəmlərin azalmasına inanmadığını bildirib: "Biz evdə yatan, evdə müalicə alan xəstələri də nəzərə almalıyıq. Çünki bu şəxslərin statistikası həmin rəqəmlərin üzərinə gəlmir. Bundan başqa, qeyd edim ki, evdə özü müalicə olunan, lakin test edilməyən xəstələr də var ki, onları da bu rəqəmlərə daxil etmək lazımdır. Məhz bu səbəbdən də ölkəmizdə COVID-19-a yoluxma sayının azalmasına inanmıram".

"Simptomlara və vəziyyətə gəldikdə, öncəki xəstələrlə müqayisədə təzə gələnlərdə onlardan fərqli ciddi bir dəyişiklik yoxdur. Öncəki kimi xəstələrin orta-ağır, ağır və yüngüllük nisbəti qalır. Yəni, nisbət və əlamətlərdə elə bir dəyişiklik yoxdur. Lakin evdə müalicə alan xəstələrə nəzarət olmadığından onların haqqında dəqiq bir söz deyə bilmərəm", - deyə Ə.Rüstəm əlavə edib.

COVID-19 xəstələrinin müalicəsində yaxından iştirak edən həkim-infeksionist İlhamə Şirinova isə xəstələrin vəziyyətini orta-ağır və ağır olaraq qiymətləndirib: "Öncəki 2 aydan fərqli olaraq hazırkı xəstələrdə subfebril temperatur, yəni, 37.0-37.4 hərarət bir ay boyunca davam edir. Əvvəlki aylarda isə 14 gündən artıq temperatur tək-tük xəstələrdə müşahidə olunurdu".

Qeyd edək ki, rəsmi rəqəmlərə görə, iyulun 24-də Azərbaycanda 322 COVID-19-a yoluxma faktı qeydə alınıb. Həmin gün 573 nəfər koronavirusdan sağalıb, 9 nəfər isə vəfat edib.

Xəbər lenti
0