BAKI, 23 iyul - Sputnik. İyulun 23-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 658 782-yə çatıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 7 615-ə bərabərdir. Xəstələrdən 330 nəfəri reanimasiyadadır ki, onlardan da 66-sı süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyulun 23-də Azərbaycanda koronavirus infeksiyasına daha 347 yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.