Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Virusa qalib gəlib ondan qazanc əldə etmək olar - Bundan ötrü Rusiyaya getməlisiniz

© AP Photo / Claudio Furlan /LaPresseАнализ на кровь, фото из архива
Анализ на кровь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"COVID-19 xəstəsinin qanı o zaman yararlı hesab edilir ki, onun yanaşı xəstəlikləri olmasın. Yalnız belə olan halda həmin şəxs qan verə bilər"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Bu gün COVID-19-dan sağalan xəstələr bu xəstəliklə mübarizə aparanlar üçün donor ola bilər. Rusiyanın Sankt-Peterburq şəhərində koronavirusa yoluxub sağalmış şəxslər analoji diaqnoz qoyulmuş xəstələr üçün plazma donoru olduqda onlara 5 min rubl ödəniləcək. Bu barədə şəhər rəhbərliyindən bildirlib. Bəs, bizdə donor olan şəxs verdiyi qanın müqabilində pul almalıdırmı?

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda qan donorluğuna, COVID-19-lu xəstələrə verilən qana görə pul ödənilmədiyini bildirib: "Donor məsələsi qan bankına aiddir və bu pulsuzdur. özəl sektorda qan köçürüldükdə servisə görə xəstə ödəniş edir, dövlət xəstəxanalrında isə belə deyil. Lakin sırf qana gəldikdə isə, qan satılmır".

Qan nümunələri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu adamların donor olmasının özü cinayətdir

"Vaxtı ilə yaranan problemlərə görə də, ola bilər ki, neqativ hallar yaşandığı üçün Qan Bankının rəhbərliyi də dəyişildi", - deyə ekspert əlavə edib.

Bu gün şəffaflıq məsələsi də cəmiyyəti narahat edən əsas nüanslardan biridir. A.Qeybulla hesab edir ki, hazırda Qan Bankında şəffaflıq təmin olunub.

"COVID-19 xəstəsinin qanı o zaman yararlı hesab edilir ki, onun yanaşı xəstəlikləri olmasın. Yalnız belə olan halda həmin şəxs qan verə bilər. Ümumiyyətlə, immunizasiya çox ciddi məsələdir. Çünki virus çox sürətlə mutasiyaya uğrayır. Ola bilər ki, bir xəstədə olan anticisimlər başqa xəstə üçün yararlı olmasın", - deyə ekspert əlavə edib.

Xəbər lenti
0