CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu adamların donor olmasının özü cinayətdir

© Sputnik / Zulfiyya GuluyevaQan nümunələri, arxiv şəkli
Qan nümunələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub

BAKI, 18 sentyabr — Sputnik. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub. HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq gaydalara uygun olarag zərərsizləşdirilib.

Xəbər lenti
0