SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə səfiri: "Azərbaycanın gücünü artırmaq üçün əlimizdən gələni etməyə hazırıq"

© Sputnik / Irade JELILTürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral  - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan tərəfindən də lazım olan qarşılığın verildiyinə inanırıq. Onlar mütləq layiq olduğu qarşılığı alacaqdır", - deyə Özoral əlavə edib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. "Türkiyənin hər bir vəziyyətdə Azərbaycana dəstək olacağını Xarici İşlər nazirimiz açıq şəkildə elan etdi. Ancaq biz hadisələrin Türkiyənin yardım edəcəyi səviyyəyə gəlmədən sona çatmasını istəyirik. Çünki önəmli olan bölgədə sülhün bərqərar olmasıdır".

Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə XİN: Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral danışıb.

O bildirib ki, Türkiyənin istəyi Yuxarı (Dağlıq) Qarabağ probleminin tez bir zamanda həll edilərək, bir daha belə ciddi problemlərin yaşanmamasıdır.

"Ancaq bu məsələdə ən önəmlisi bölgədə ədalətin bərqərar olmasıdır. Bunun da əsas şərti Yuxarı Qarabağda ev-eşiyindən didərgin düşmüş azərbaycanlı qardaşlarımızın , qaçqınların, köçkünlərin öz vətənlərinə qayıda bilməsi və Azərbaycanın ərazi bütövlüyünün yenidən təmin edilməsidir", - deyən səfir vurğulayıb ki, Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı da mövcuddur.

Onun sözlərinə görə, Azərbaycanın hərbi təcrübələrinin artırılması ilə bağlı hərbi əməkdaşlıq var. Və bu çərçivədə hər il mütəmadi olaraq bəzi təlimlər həyata keçirilir. Bununla yanaşı, Türkiyənin Azərbaycana hərbi istiqamətdən kömək etməsi ehtiyac olduğu hallarda dəyərləndirilə bilər.

E.Özoral bildirib ki, erməni tərəfin son hücumları əslində fikirləri başqa bir istiqamətə yönəltməyə çalışan bir addımdır.

"Azərbaycan tərəfindən də lazım olan qarşılığın verildiyinə inanırıq. Onlar mütləq layiq olduğu qarşılığı alacaqdır", - deyən Özoral əlavə edib ki, Azərbaycan öz sərhədlərini qoruya biləcək gücdədir.

2016-cı ildə yaşanılan aprel hadisələri də, son hadisələr də bir daha sübut edir ki, Azərbaycan öz torpaqlarını qoruya biləcək gücdədir.

"Bizim bu mövzuda Azərbaycana edə biləcəyimiz yardım bütün mövzuları, bütün sahələri əhatə edə bilər. Bu məsələr iki ölkənin müvafiq qurumları arasında müzakirə edilir. Sərhəd təhlükəsizliyi baxımından isə Azərbaycanın da Türkiyə kimi ciddi təcrübəsi var. Azərbaycan 30 ildir ki, müstəqillik əldə edib. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Ordusu çox şey öyrənib. Biz Azərbaycanın gücünü artırmaq üçün əlimizdən gələn nə varsa, hazırıq", - deyə səfir bildirib.

Xəbər lenti
0