Türkiyə XİN: Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır

© Photo : Social media page of MFA TurkeyTürkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan rəhbərliyinin ağıllarını başlarına yığması və Cənubi Qafqazda problemlərin deyil, həllərin parçası olmağı dərhal öyrənmələri lazımdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanat Türkiyə XİN-in rəsmi saytında yerləşdirilib.

"Ermənistanın Azərbaycana qarşı təcavüzkar addımlarını ört-basdır etmək üçün indi də Türkiyəyə qarşı riyakar bir qarayaxma kampaniyasına cəhd etməsi müşahidə olunur. Azərbaycan torpağında illərdir qeyri-qanuni bir işğalı davam etdirən Ermənistanın bu ikiüzlü davranışı Cənubi Qafqazda daimi sülh və sabitliyin qurulmasının qarşısındakı əsl maneənin kim olduğunu da açıq və aydın şəkildə gözlər önünə sərir.

Kontekstdən kənar tərzdə ittiham və şər xarakterli xarici siyasət yürütmək nə bölgəyə, nə Ermənistanın fayda verər.

Bu yanaşma kimliyini təktərəfli bir tarix anlayışından sadəcə ədavət çıxararaq yaradan və beynəlxalq hüquqa zidd təcavüzü legitim göstərməyə çalışan bir zehniyyətin təzahürüdür. Təcavüzkar millətçiliyi alovlandıran bu mövqe üzücüdür, ancaq təəccüblü deyil.

Ermənistan rəhbərliyinin ağıllarını başlarına yığması və Cənubi Qafqazda problemlərin deyil, həllərin parçası olmağı dərhal öyrənmələri lazımdır".

Xəbər lenti
0