Tovuzda mülki vətəndaşımız qətlə yetirildi - Artilleriya atəşi ilə vurublar

© Sputnik / Ilham MustafayevƏlibəyli kəndi
Əlibəyli kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Ölən şəxs Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.

BAKI, 14 iyul – Sputnik. İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

Şəhid Vüqar Sadıqovun dəfni  - Sputnik Azərbaycan
Azərbaycan ordusunun generalı, polkovniki və beş hərbçisi şəhid oldu

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.

Mülki əhalini ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür.

Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan vurulub.

Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar.

Xəbər lenti
0