BAKI, 14 iyul – Sputnik. Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub.
Sputnik Azərbaycan Report-a istinalda xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini Kərim Vəliyev deyib.
"İki sutka ərzində onlara sarsıdıcı atəş zərbələri endirilmişdir. Onların 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obyektlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.
Erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adlarıları çəkilən hərbi qulluqçuları da şəhid olub:
1) Mayor Əhmədov Namiq Hajan oğlu
2) Mayor Novruzov Anar Gülverdi oğlu
3) Gizir Zeynallı İlqar Ayaz oğlu
4) Gizin Babayev Yaşar Vasif oğlu
5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.