Trampın ABŞ torpaqlarını satmaq istəyi məlum olub

© REUTERS / Tasos KatopodisПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Tramp özünü siyasətçi kimi deyil, iş adamı kimi göstərirmiş. Xüsusilə, o, "adanı satmağı və ya bu aktivdən qurtulmağı" təklif edib.

BAKI, 13 iyul — Sputnik. ABŞ Prezidenti Donald Tramp 2017-ci ildə "Mariya" qasırğasından sonra Puerto Rikonu satmağı təklif edirmiş.

Девушка позирует для фотографа на пляже в Сан-Диего, США - Sputnik Azərbaycan
FOTO
Həftənin fotosu: Qızıl maska, küçədə balet və ABŞ-da rodeo

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə ABŞ-ın daxili təhlükəsizlik naziri vəzifəsini icra etmiş Eleyn Dyuk bildirib.

Onun sözlərinə görə, Tramp özünü siyasətçi kimi deyil, iş adamı kimi göstərirmiş. Xüsusilə, o, "adanı satmağı və ya bu aktivdən qurtulmağı" təklif edirdi.

Lakin Dyuk dəqiqləşdirib ki, sonradan bu ideya bir daha heç vaxt Ağ Evdə qaldırılmayıb.

Puerto Riko ABŞ-dan asılı olan ərazidir, Birləşmiş Ştatların nəzarəti altındadır, lakin onun ayrılmaz bir hissəsi deyil. Adanın əhalisinin ikili – ABŞ və Puerto Riko – vətəndaşlığı var və onların ABŞ prezidentinin seçkilərində iştirak etmək hüququ yoxdur.

"Mariya" qasırğası Puerto Rikonu 2017-ci ilin payızında vurub. Həmin vaxt Tramp adada dağıntılara səbəb olmuş və üç min insanın həyatına son qoymuş təbii fəlakətə reaksiya verməməyə görə tənqid edilib.

Xəbər lenti
0