Arxada qoyduğumuz həftə bir sıra hadisələrlə yadda qaldı. Serbiyanın paytaxtı Belqradda koronavirus səbəbindən məhdudiyyətlər tətbiq ediləndən sonra etiraz aksiyası başladı. Kommendant saatı tətbiq ediləndən sonra narazılar parlament qarşısında toplaşdılar. Etirazlat toqquşmaya çevrildi və nəticədə 60 nəfər yaralandı.
Eyni zamanda bir sıra ölkələrdə karantin rejiminin yumşaldılması və məhdudiyyətlərin aradan qaldırılması müşahidə edilir.
Yaponiyanın cənub-qərbindəki Kumamoto və Kaqosima prefekturalarında leysan yağışları səbəbindən çaylar məcrasından çıxıb, evlər və körpülər dağılıb, sürüşmə baş verib. 200 mindən çox insan evakuasiya edilib, onlarla yaralanan barədə məlumatlar gəlir.
Dünyanın ötən həftə hansı hadisələrlə yaşadığını bir daha yada salmaq üçün ən müxtəlif yerlərdə çəkilən fotolara baxmağı təklif edirik. Dünya agentliklərinin müxbirləri tərəfindən çəkilən ən parlaq və emosional fotoları Sputnik Azərbaycan-ın həftəlik fotolentində.