Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tarixində 20 dəfə! “Bavariya” yenidən kuboku qazandı

© REUTERS / Michaela Rehle"Bavariya" klubunun hücumçusu Robert Levandovski
Bavariya klubunun hücumçusu Robert Levandovski - Sputnik Azərbaycan
Abunə olmaq
Qalib komandadan David Alaba (16-cı dəqiqə), Serc Qnabri (24) və Robert Levandovski (59, 89) qolları vurublar. Leverkuzen klubundan Sven Bender (63) və Kay Haverts (90, penalti nöqtəsindən) vurublar.

BAKI, 5 iyul – Sputnik. Münhenin "Bavariya" futbol klubu Almaniya kubokunun finalında Leverkuzenin "Bayer" komandasını məğlub edib. Görüş 4:2 hesabı ilə başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, qarşılaşma Berlində Olimpiya Stadionunda koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.

Qalib komandadan David Alaba (16-cı dəqiqə), Serc Qnabri (24) və Robert Levandovski (59, 89) qolları vurublar. Leverkuzen klubundan Sven Bender (63) və Kay Haverts (90, penalti nöqtəsindən) vurublar.

"Bavariya" 20-ci dəfə ölkə kubokunun sahibi oldu, 4 dəfə klub finalda məğlub olub.

Xəbər lenti
0