CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamı hüququnu həm biləcək, həm də tələb edəcək – Fırıldaqçıların qara günü gəlir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidСотрудники в офисе, фото из архива
Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat: "Bir sıra hallarda əmək müqaviləsinin səhifələri dəyişdirilirdi. Əksər hallarda işçi müqavilə bağlayan zaman müqavilənin şərtlərini tam olaraq oxumurdu, sadəcə əmək haqqı ilə bağlı qeydlərə daha çox diqqət ayırırdı"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı da məcəllədə təkmilləşdirmənin aparılması nəzərdə tutulub. Sputnik Azərbaycan xəbər verir ki, məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır.

Президент Азербайджана Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı fərman imzaladı

Hazırda işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən qayda nəzərdə tutulmayıb. Həmçinin əmək müqaviləsinin həcmi böyük olduğu üçün bu müqavilə bir vərəqdə yerləşmir və bir neçə səhifədən ibarət olur. İşəgötürən və işçi əmək müqaviləsinin yalnız sonuncu səhifəsini imzalayırlar. Belə olan halda, təcrübədə müqavilənin bir nüsxəsinin işçiyə verilmədiyi zaman işəgötürən tərəfindən bundan sui-istifadə edilməklə müqavilənin əvvəlki səhifələrində dəyişiklik (məsələn, müqavilənin müddəti ilə bağlı) edilə bilməsinə şərait yaranır.

Belə sui-istifadə hallarına imkan yaranmaması üçün layihədə Əmək Məcəlləsinin 44-cü maddəsinin (Əmək müqaviləsinin forması) 3-cü hissəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında əmək müqaviləsinin formasının dəyişdirilməsi məsələsini şərh edib.

Millət vəkili deyib ki, bu dəyişikliyin məqsədi işçilərin əmək hüquqlarının daha yaxından qorunmasına nail olmaqdır: "Bir sıra hallarda işəgötürən tərəfindən əmək müqaviləsi bağlanan zaman, hətta müqavilənin bağlanmasına baxmayaraq sui-istifadə halları var idi. Xüsusən əmək müqaviləsinin əvvəlki səhifələri dəyişdirilirdi. Çox təəssüf ki, əksər hallarda işçi müqavilə bağlayan zaman müqavilənin şərtlərini tam olaraq oxumurdu, sadəcə əmək haqqı ilə bağlı qeydlərə daha çox diqqət ayırırdı. O baxımdan dəyişiklik imkan verəcək ki, müqavilə bağlayan zaman əvvəla işçi əmək müqaviləsi ilə tam tanış olsun və yalnız sonuncu səhifəni deyil, hər bir səhifəni ayrıca imzalasın. Hər bir səhifənin ayrıca imzalanmasının digər üstünlüyü də odur ki, işçi hər bir səhifəni imzaladığı zaman orada olan mətn ilə tanış olacaq, oxuyacaq".

Deputatın sözlərinə görə, eyni zamanda bu dəyişiklik imkan verəcək ki, müqavilənin bir nüsxəsinin işçiyə qaytarılması ilə bağlı ayrıca bir sənəd imzalansın: "Çünki bir sıra hallarda əmək müqaviləsi iki nüsxədə imzalanır, amma bir nüsxəsi işçiyə qaytarılmır. Və işçi işdən çıxarılan zaman onda əmək müqaviləsi olmadığına görə sənəddə hansı şərtlərin olmasından belə məlumatı olmurdu. Amma bu addım imkan verəcək ki, müqavilənin bir nüsxəsi işçidə qalsın və o öz əmək hüququnu qoruya bilsin. O baxımdan dəyişiklik mütərəqqi xarakter daşıyır. Bu, birmənalı şəkildə işçilərin hüquqlarının daha yaxından qorunmasına xidmət edəcək".

Экзамен для учителей - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu müəllimlərlə əmək müqaviləsi bağlanmayacaq

Qeyd edək ki, Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsində əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması, işçi və işəgötürən tərəfindən müqavilənin sonuncu deyil, bütün səhifələrinin imzalanması, son səhifənin işəgötürənin möhürü (möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) ilə təsdiqlənməsi, müqavilənin bir nüsxəsinin işçidə, digər nüsxəsinin işəgötürəndə saxlanılması, işçinin əmək müqaviləsinin nüsxəsini aldığını işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq etməli olduğunun qeyd edilməsi təklif olunur.

Əmək Məcəlləsinin mövcud 44-cü maddəsinin üçüncü hissəsində isə deyilir ki, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

Xəbər lenti
0