CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təyyarə istəyirsiz? MiQ-31 qırıcısını dörd manata satan məmur həbs edilib

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçid"Kinjal" hipersəsli raketini daşıyan "MiQ-31" qırıcı təyyarəsi, arxiv şəkli
Kinjal hipersəsli raketini daşıyan MiQ-31 qırıcı təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmçinin 35 min tondan çox mazutu oğurlayıb və Rusiya dövlətinə ümumilikdə 1,3 milyard rubldan çox ziyan vurub.

BAKI, 3 iyul — Sputnik. Rusiyanın Dövlət Ehtiyatları Federal Agentliyinin (Rosrezerv) Volqa federal mahalı üzrə keçmiş əməkdaşı Andrey Silyakov dörd ədəd MiQ təyyarəsinin oğurlanmasına görə 11 il müddətinə həbs edilib.

Пассажирский самолет в небе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təyyarə biletləri bahalaşacaqmı? Rəsmi açıqlama

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, onun axtarışları 9 il çəkib. Silyakov hazırda Nijni Novqorodda təcridxanadadır və cinayət işinin materialları ilə tanış olur.

Məlumata görə, Silyakov təyyarələrin özlərini deyil, onların korpuslarını, həmçinin səfərbərlik ehtiyatında olan 35 min tondan çox mazutu oğurlayıb və Rusiya dövlətinə ümumilikdə 1,3 milyard rubldan (30,9 milyon manat) çox ziyan vurub.

Belə ki, 2007-ci ildə dövlət ehtiyatlarından detalların genişmiqyaslı satışı həyata keçirilib. Satışa o cümlədən dəmir lövhələr və metal çubuqlar çıxarılıb. Silyakov bu siyahıya "montaj qovşağı" adı ilə dörd detal da əlavə edib. Bunlar əslində MiQ-31 qırıcıları olub. Məmur hər qırıcını 153 rubla (3,64 manata) satıb.

Qeyd olunur ki, cinayətkar qırıcıları dostunun şirkətinə, sonra isə yenidən "Sokol" zavoduna bazar qiyməti ilə satıb.

Xəbər lenti
0