BAKI, 11 iyun — Sputnik. Azərbaycanda hava yollarında uçuşlar bərpa olunduqdan sonra yaranacaq sərnişin sıxlığı biletlərin qiymətinə təsir etməyəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib. O deyib ki, hazırda əsas diqqətdə olan məsələ hava limanlarında qoruyucu vasitələrdən istifadəyə diqqət edilməsi ilə bağlıdır. Biletlərin bahalaşdırılması isə müzakirə mövzusu deyil: "Hava limanlarında ara məsafəsinin gözlənilməsi əsas məsələlərdən biridir. Həmçinin qoruyuculardan istifadə diqqətdədir. AZAL biletlərinin qiymətinin artırılması barədə düşünmür. Amma yenə uçuşlar başladıqdan sonra qiymətlər əsasən hava limanlarında bizə nə qədər yer verilməsindən asılı olacaq".
Təyyarə biletləri bahalaşacaqmı? Rəsmi açıqlama
19:38 11.06.2020 (Yenilənib: 23:06 16.11.2021)
© Sputnik / Vladimir Sergeev
/ Abunə olmaq
"AZAL biletlərinin qiymətinin artırılması barədə düşünmür. Amma yenə uçuşlar başladıqdan sonra qiymətlər əsasən hava limanlarında bizə nə qədər yer verilməsindən asılı olacaq"