SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Vladimir Putinə zəng edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü. Bakı, 27 sentyabr 2018-ci il
Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü. Bakı, 27 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb

BAKI, 2 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Во время подсчета голосов по итогам голосования по поправкам в Конституцию России - Sputnik Azərbaycan
RUSİYA
Nəticələr məlumdur! Rusiyada Konstitusiya düzəlişləri ilə bağlı son rəqəm açıqlandı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.

Xəbər lenti
0