BAKI, 2 iyul — Sputnik. Rusiyada seçicilərin 77,93% Rusiya Federasiyası Konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyib. Bu barədə Sputnik Azərbaycan Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir.
Məlumata əsasən Rusiya MSK-sı seçki protokollarının 99,9%-ini hesablayıb.
Qeyd olunur ki, seçicilərin 77,93% faizi Konstitusiyaya düzəlişlərin edilməsinin lehinə, 21,26% isə əleyhinə səs verib.
Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin əlavə edilməsi üzrə ümumi Rusiya üzrə səsvermə 22 aprel tarixinə təyin edilmişdi, amma ölkədə epidemioloji vəziyyətə görə daha sonraya təxirə salınmışdı. Daha sonra Rusiya Prezidenti Vladimir Putin səsvermənin 1 iyulda keçiriləcəyini bəyan etmişdi. 25 iyundan 30-na qədər keçən və məsafədən təşkil edilən səsvermədə isə iki pilot regionun – Moskva və Nijeqorod vilayətlərinin sakinləri iştirak edə biliblər.
Konstitusiyaya dəyişikliklər nəticələrin rəsmi elan olunduğu gündən etibarən qüvvəyə minəcək.