Təsdiq olundu! Maska koronavirusa yoluxma ehtimalını bu qədər azaldırmış

© Sputnik / Murad OrujovБаку после смягчения карантина
Баку после смягчения карантина - Sputnik Azərbaycan
Abunə olmaq
"ÜST-ün məlumatlarına görə, 2 nəfər (3-5 yox) sosial məsafə gözləmədən qarşı-qarşıya söhbət edirsə, onlardan biri yoluxmuşsa, digərinin yoluxma ehtimalı 50%-dir. Yoluxmuş şəxs asqırdıqda və ya yüksəkdən öskürdükdə digərinin yoluxma ehtimalı 80% olur" - Ədalət Rüstəm

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. "Karantin rejimi sərtləşdirilsə də, cərimələr dünəndən 2 dəfə artırılsa da sərtləşdirmə əlamətləri yenə də görünmür. Küçələrdə insanlar yenə çoxdur və ən acınacaqlısı odur ki, onların böyük əksəriyyəti maskasızdır. Ya da baxırsan ki, çöldəki şəxslərin yarısı maskanı çənə-boğaz hissədə saxlayır. Marketlərdə maskasız insanlar yenə çoxdur. Bankların qarşısında insanların böyük əksəriyyəti artıq maska taxsa da, ara məsafəsi gözləmirlər".

Люди в защитных масках на улице в Баку во время особого карантинного режима - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qazandığınızı çölə atmayın – Milli Məclis maska cəriməsini 2 dəfə artırdı

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm deyib. O bildirib ki, bu gün gündəlik olaraq xəstəxanalara 520-550 COVID xəstəsi qəbul olunur: "Yoluxma faktı təsdiq olunmuş, evdə müalicə olunan (NK-nin məlum qərarı və TƏBİB-in tövsiyələri  əsasında) və olunmayan yüngül, asimptomatik xəstələr var. Onlar isə bütün xəstələrin 70-80%-ni təşkil edir, statistikaya daxil edilmir. ÜST-ün məlumatlarına görə, 2 nəfər (3-5 yox) sosial məsafə gözləmədən qarşı-qarşıya söhbət edirsə, onlardan biri yoluxmuşsa,  digərinin yoluxma ehtimalı 50%-dir. Yoluxmuş şəxs asqırdıqda və ya yüksəkdən öskürdükdə digərinin yoluxma ehtimalı 80% olur. Əgər bu şəxslər öpüşərlərsə, bu zaman risk 95-100%-dir. Həmin 2 nəfərdən biri maskalı olduqda isə, yoluxma ehtimalı 2 dəfə azalır. Bu şəxslərin hər biri maskalıdırsa, yoluxma ehtimalı 10%-ə qədər, bəzi elmi mənbələrə görə isə sosial məsafə (2 metr) gözlənilərsə, 1,5%-ə qədər azalır. Maskanın əhəmiyyəti bu qədər böyük olduğundan onun üzərində bütün dünyada bu qədər çox dayanılır".

Ekspert daha bir nümunə də misal olaraq çəkib. O, müalicəsinə nəzarət etdiyi COVID-19 xəstələrindən söz açıb: "Daha bir bəsit numunə: Qonşulardan 2 nəfər, ata-oğul yüngül COVID-19 xəstəsinin artıq 10 gündür ki, müalicəsi ilə məşğul oluram. Daha bir neçə xəstəni də ev şəraitində müalicə etmişəm. Birbaşa olaraq onlarla söhbət də edirəm. Azı 2 metr məsafə gözlədiyimə və daim maska taxdığıma, mütəmadi olaraq əllərimi spirtlə təmizlədiyimə və spirtin iyini hər dəfə 2-3 dəfə burnuma çəkdiyimə görə bu ana qədər COVID-19 əlamətlərim yoxdur".

Xəbər lenti
0