CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazandığınızı çölə atmayın – Milli Məclis maska cəriməsini 2 dəfə artırdı

© Sputnik / Murad OrujovЛюди в защитных масках на улице в Баку во время особого карантинного режима
Люди в защитных масках на улице в Баку во время особого карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

BAKI, 29 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında tibbi maska taxmamağa görə cərimələrin artırılmasını müzakirəyə çıxarıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirə edilib.

Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Onlara qadağa yoxdur?! – Karantin rejimini pozanlar cərimə edildilər

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Bundan əvvəl isə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirdi.

Xəbər lenti
0