CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On il gözləyək – 119 kilometr yol, 76 stansiya olacaq

© Sputnik / Murad OrujovBakı metrosunda "maska rejimi"
Bakı metrosunda maska rejimi - Sputnik Azərbaycan
Abunə olmaq
Hesabat ilində Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 30 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar altı parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

BAKI, 26 iyun – Sputnik. 2030-cu ildə Bakının yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə çatacaq.

Bakı metrosunda maska rejimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əgər metro bir də dayansa... Bakıda da BRT şəbəkəsi yaradılsın, yoxsa yox

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat “Bakı Metropoliteni” QSC-nin 2019-cu il üçün Maliyyə Hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat ilində Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 30 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar altı parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Hazırda vaqonların inventar parkı 295 vaqondan ibarətdir. 2019-cu ildə texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verən və havalandırma imkanı əvvəlki avadanlıqlarla müqayisədə 3-4 dəfə çox olan yeddi ən müasir ventilyator alınaraq quraşdırılıb.

Hazırda “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Xəbər lenti
0