CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırmızı ət uğrunda yaşıl mübarizə: sistem dəyişməsə, faydası olmayacaq

© AR Ministry of AgricultureAzərbaycanda sürülərin yaylağa köçü başlayıb
Azərbaycanda sürülərin yaylağa köçü başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Artıq heyvandarlıqda yaylaq və qışlaq sistemi özünü doğrultmur. Yəni heyvanı sırf otarma prinsipi ilə saxlamaq heyvandarlığın gələcəyi ola bilməyəcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Azərbaycanda örüş və otlaqlardan səmərəli istifadə mühüm məsələdir. Yararsız hala düşmüş otlaqların yaxşılaşdırılması, həmin ərazilərə çoxillik ot bitkilərinin əkilməsi məqsədəuyğundur. Örüş ərazilərinin bir hissəsinin işğal altında olması istifadə olunan bu ərazilər üzərində yükün daha da artmasına səbəb olub. 

Посев сои, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"O əjdahadan bizə də..." Azərbaycanda ətə alternativ yetişdirmək mümkündür?
Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli örüş və otlaqlardan səmərəli istifadə edilməsi, bu sahədə mövcud problemlər, heyvandarlıqda qapalı saxlanma rejiminə keçilməsi ilə bağlı Sputnik Azərbaycan-a danışıb.

O bildirib ki, bir sıra hallarda örüş və otlaq sahələri kənardan gələnlərə uzun müddətli icarəyə verilir və bu da kənd camaatında narazılıq yaradır: "Örüş otlaq sahəsi rayonun, kəndin tələbatını ödəmək üçün hesablanmış resursdur. Lakin otlaq sahələrinin müəyyən müddətə icarəyə verilməsi qanunvericilikdə var. Digər əsas problem örüş otlaq sahələrinin keyfiyyət göstəricilərinin çox aşağı düşməsidir.

Fasiləsiz otarma, örüş otlaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması ciddi problem olaraq daha çox özünü göstərir. Fasiləsiz otarma nəticəsində bütün ot sahəsi məhv olur. Xüsusən xırdabuynuzlu heyvanlar ərazinin yaşıl örtüyünü yeyəndən sonra otun kökünü qazıb çıxardır. Bu da səhralaşma, sürüşmə və bu tipli deqradasiya problemləri ortaya çıxarır. Bizdə örüş otlaq sahələrində süni yem bitkilərinin əkilməsi mədəniyyəti yoxdur və uzun müddətdir ki, örüş otlaq sahələri əkilmir. Bu da problemlər yaradır".

Onun sözlərinə görə, əslində burada növbəlilik prinsipi olmalıdır: "Məsələn, bir həftə ərazidə iribuynuzlu heyvanlar otarılırsa, xırdabuynuzlu heyvanlar isə digər ərazidə otarılır, sonra onların yeri dəyişdirilir. Və yaxud otlaqların bir hissəsində süni yem bitkiləri əkilir, orada otarma olmur və s. Yəni örüş otlaq sahələrində növbəlilik prinsipi tətbiq edilir. Bizdə örüş otlaq sahələrində növbəlilik prinsipi tətbiq edilmir. Bu da otlaqların keyfiyyətinə çox ciddi təsir edir. Sovet dövründə növbəlilik prinsipi olub. Örüş otlaq sahələrində normativlərə əməl edilməlidir".

O diqqətə çatdırıb ki, artıq heyvandarlıqda yaylaq və qışlaq sistemi özünü doğrultmur: "Yəni heyvanı sırf otarma prinsipi ilə saxlamaq heyvandarlığın gələcəyi ola bilməyəcək. Heyvandarlıqda qapalı, yarımqapalı, stasionar saxlanma şəraitinə keçirilməlidir. İndi biz birbaşa bu sistemə keçə bilmərik. Əvvəla, insanlar buna hazır deyillər. Ona görə də tədricən bu sistemə keçə bilərik. İlk növbədə iri təsərrüfatlar bu sistemə keçməlidir. Bu sahədə işlər kompleks həyata keçirilməlidir. Heyvandarlıqda qapalı rejimə keçmək üçün ilk növbədə baza formalaşmalıdır. Burada mədəni yemçilik sisteminə keçməliyik. Bizdə yemçilik deyəndə ancaq 1 və ya 2 adda bitki əkilir, ən çox da yonca əkilir. Amma dünyada alternativ yemçilik sistemi çox zəngindir, çoxsaylı bitkilər əkilir. Və bunlar hazır yem kimi heyvana verilir. Nəticədə heyvanın otlağa getməsinə ehtiyac qalmır".

Akif Əmralının ilbiz təsərrüfatı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qızıl qiymətinə olan delikates: Hamı yeyir dadlıdır deyir, biz əlindən dad çəkirik

Ekspert bildirib ki, yem çuğunduru, yem noxudu, darı, xaşa və s. bizim əkinçilik strukturundan çoxdan çıxıb: "Bizdə yemçilik strukturu formalaşmalıdır. Fermer də bilməlidir ki, növbəlilik prinsipi ilə yemi olacaq. Kompleks əkinçilik olmalıdır. Birinci yemçilik resursu formalaşmalı, sonra qapalı rejimə keçilməlidir. Son illər ölkəmizdə yaradılan aqroparklarda artıq bu təcrübə uğurla həyata keçirilir. Hətta elə aqroparklar var ki, ixtisaslaşıb, konkret yemçilik ilə məşğuldur. İri təsərrüfatlarda bu sistemi qurmaq çox asandır. Əsas problem xırda təsərrüfatlar ilə bağlıdır ki, bunların pay torpaqları yoxdur, otarma yeri yoxdur və s. Ona görə də burada çıxış yollardan biri xırda təsərrüfatların könüllü şəkildə birləşməsidir".

Bu sahədə xarici təcrübəyə də toxunan ekspert bildirib ki, məsələn, heyvandarlıqda qapalı rejimi qonşu Gürcüstan uğurla tətbiq edir: "Gürcüstan 50-60 faiz buna nail olub. Avropa ölkələri isə çoxdan bu sistemə keçib. Yaxud İsrail bu sistemi uğurla tətbiq edir".

Xəbər lenti
0