CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"O əjdahadan bizə də..." Azərbaycanda ətə alternativ yetişdirmək mümkündür?

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidПосев сои, фото из архива
Посев сои, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Elə ölkələr var ki, orada soya taxıldan da bahadır. Çünki soyadan 200-dək məhsul əldə edilir" - Nicat Nəsirli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Öncəki illərlə müqayisədə dünyada soyaya olan tələbat və istehsal artıb. Təkcə 2017-2018-ci illərdə dünyada soya istehsalı 233.60 milyon ton olub. Qeyd olunan dövrdə dünyada ən çox soya istehsalı ABŞ-ın (119.52 milyon ton), Braziliyanın (112 milyon ton) və Argentinanın (54 milyon ton) payına düşür. Daha sonrakı yerlərdə Çin, Hindistan, Paraqvay, Kanada, Ukrayna, Rusiya qərarlaşıb. Artıq bir müddətdir ki, Azərbaycanda da soyanın öyrənilməsi üçün müəyyən işlərə başlanılıb, sahələr ayrılıb.

Azərbaycanda dovşançılıq təsərrüfatı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Nə toyuq, nə balıq - Qırmızı ətə alternativ yetişdirənlərə kredit vermirlər

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında bu bitkinin xarakteri, sənaye əhəmiyyətindən danışıb: "Son illər belə bir deyim formalaşıb ki, dünyanı qidalandıran 4-5 əsas bitkidən biri də soyadır. Onun böyük sənaye əhəmiyyəti olduğu üçün Çin, Koreya, Yaponiya, Amerika axır vaxtlarda soya istehsalında çox böyük məsafə qət ediblər. Həm insan, həm də heyvan üçün yem kimi istifadə olunan bitkinin yağı çox qiymətlidir deyə bu gün Cənubi Amerika ölkələri - məsələn, Braziliya, ildə təxminən 60 milyon ton, Argentina isə 13 milyon tondan çox soya istehsal edir. Çinin illik istehsalı 60 milyon tondan çoxdur. Ümumilikdə isə dünyada illik olaraq 340 milyon tondan çox soya istehsal olunur. Tədricən də bu bitkiyə tələbat artır. Bunun da səbəbi bu bitkidə yağlılıq səviyyəsinin yüksək olması ilə əlaqədardır. Bu yağdan həmçinin əczaçılıqda da istifadə olunduğundan böyük əhəmiyyətə malikdir".

"Azərbaycana gəldikdə isə, təəssüf ki, ötən əsrin 60-cı illərindən bu bitki əkinçilikdən çıxıb. Azərbaycanla bağlı rəsmi rəqəmlərə də baxdıqda burada soya ilə bağlı statistika, demək olar ki, yoxdur. Düzdür, artıq tələbatı görərək bəzi aqroparklar bu istiqamətdə formalaşmaq istəyir. Lakin soya ilə bağlı rəqəmlər olmadığından biz tələbatın da nə qədər olduğunu deyə bilmirik. Biz 11 bitki üzrə idxaldan, demək olar ki, tam asılıyıq. Bu məhsullar bazarda əldə qalan məhsul deyil.

Tərkibindəki minerallara, enerjiyə görə istənilən zootexnik heyvandarlıqda soyadan istifadəni tövsiyə edir. Bu bitkinin tərkibində 18-20 faiz yağ, 40-45 faiz protein, 30 faiz karbohidrat dəyəri var ki, bu da çox nadir göstəricidir. Bu göstəricilərə görə çox qidalandırıcı yem vahidi hesab edildiyindən bu gün dünyada soyasız istehsal qurulmur. Amma uzun müddət ölkəmizdə bu sahədə boşluq olduğundan hazırda öyrənmə, təcrübə mərhələsindəyik. Paxlalı bitkidir, hansı torpaq və iqlim şəraitinə düşür, hansı temperaturu sevir, hansı iqlimə uyğundur, meteoroloji həssaslığı var və s. - hamısı öyrənilir. Soyanın aqrotexnikasını, xəstəliklərini də öyrənmək, toxumçuluğunu təşkil etmək lazımdır.

Anbarlarda qalan üzümlər - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Koronavirus onları da "vurdu": "İstənilən qiymətə satmağa hazırıq"

İxraca gəldikdə isə, biz özümüz əsasən quşçuluq sənayesi üçün idxalla məşğuluq. Məqsəd budur ki, Azərbaycanda soya istehsalını yaradaq. Çünki taxıl və digər bitkilərlə müqayisədə soya Azərbaycana çox uzaq ölkələrdən və çox baha gəlir. Bu səbəbdən də bizdə qiymət baha başa gəlir. Son bir ayda soyanın dünya bazarında qiymətində 3 faizədək azalma olsa da, ümumilikdə dünya bazarında formalaşan qiyməti tonuna görə 310-330 dollardır. 2015-ci ildən bəri qiyməti düşməyən bu bitki ən çətin illərdə belə qiymətini qoruyub saxlayıb, tonu 362 dollar olub. 2020-ci ilin birinci rübündə isə tonu 327 dollara düşüb", - deyə o əlavə edib.

N.Nəsirli bildirib ki, soyanın yetişdirilməsi üçün regionlarımızın torpaq-iqlim şəraiti də öyrənilməlidir: "Hansı torpaqda soyaya tələbatın olduğu, bunun texnikası mütləq öyrənilməlidir. Çünki soyanın toxumunu alaraq birbaşa gətirib burada əkmək iflasa səbəb ola bilər. Öncə bitkini öyrənmək lazımdır, bunun üçün mütəxəssislər olmalıdır. Bunun sənayesi, emal müəssisəsi də qurulmalıdır. Bu bitkini xaricdən və baha qiymətə aldığımız üçün hələlik onu məişətə daxil edə bilməmişik. Məişətə daxil olsa, bu gün bazarda ucuz olan qarığdalı və digər yağlara uduza bilər. Çünki xammalını xaricdən aldığımız üçün bu yağ daha baha olacaq. Lakin yerli istehsalımız olsa, soya yağı bazarda baha olmaz. Alternativlərin olması gözəldir. Baxın, bu gün hamı qırmızı ət yeyir. Digər ət qrupları, demək olar ki, yoxdur".

Ekspert soyanın quşçuluq sənayesindəki rolundan da danışıb:

"Qeyd edim ki, xüsusən ətçilik sahəsində qiyməti formalaşdıran soyadır. Bizdə, o cümlədən də dünyanın hər yerində, quşçuluq sənayesində belədir ki, yemləndirmədə soyadan imtina etmək mümkün deyil. Bu isə o deməkdir ki, soyanın dünya bazarında qiymətinin dəyişilməsi quş əti məhsullarında da qiymətin dəyişməsi deməkdir. Bu gün elə ölkələr var ki, kənd təsərrüfatı sənayesini soya və onun yağı üzərində qurublar. İllik olaraq 40 milyon ton soya yağı istehsal edib satan ölkələr var. Dünyada soyaya ehtiyac isə 200 milyon tondan çoxdur".

"Ölkədə 30 milyon quş var. Dünyanın heç bir ölkəsi iri soyanı xammal vəziyyətdə satmır. Onlar soyanı sıxıb yağını çıxarırlar. Çünki hər bir məhsulun öz qiyməti var, məsələn, soyanın yağının bir, ondan hazırlanan digər məhsulun başqa qiyməti var. Hətta elə ölkələr var ki, orada soya taxıldan da bahadır. Çünki soyadan 200-dək məhsul əldə edilir. Bu baxımdan əgər özəl, yaxud dövlət sektorunda bu sahəyə maraq göstərilsə, toxumçuluğu təşkil olunsa, regionlarda torpaq və iqlim şəraiti öyrənilsə, hansı torpaqlarda buna tələbat olduğu öyrənildikdən sonra işə kompleks şəkildə yanaşmaq lazımdır", - deyə o əlavə edib.

Xəbər lenti
0