Bazar günü gündüz saatlarından Oğuzun Xaçmaz, Filfilli və digər dağətəyi kəndlərində başlayan meşə yanğını ram edilsə də, ötən gecə yenidən alovlanıb və ərazisi genişlənib.
Təxmini hesablamalara görə, 50 hektardan çox ərazi kül olub. Maraqlısı odur ki, artıq üçüncü ildir hər yay baş verən bu yanğının səbəbi tam olaraq bəlli deyil. Havanın küləkli olması alovu daha da şiddətləndirib. Kəndlilər əllərində bel-kürək, meşələri alovdan qurtarmağa çalışırlar. Meşə keçilməz olduğundan, yanğınsöndürmə işləri çətinləşib.
Hal-hazırda FHN briqadaları yanğınsöndürmə işlərini davam etdirir.