CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hirkan Milli Parkındakı yanğın necə söndürülür

Abunə olmaq
Hirkan Milli Parkında avqustun 20-də başlayan yanğın hələ də davam edir. FHN Aviasiya dəstəsinin amfibiya təyyarəsinin yanğını necə söndürdüyünü videomuzda izləyin.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 248 şəxsi heyəti, 21 texnikası, Aviasiya dəstəsinin 2 vertolyotu və “BE 200 ÇS” amfibiyası təyyarəsi cəlb olunub.

Qeyd edək ki, avqustun 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Xəbər lenti
0