CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Düz beş saat davam edəcək – Biz onu qismən görə bilərik

© REUTERS / Soe Zeya TunСамолет на фоне солнечного затмения в Бангкоке
Самолет на фоне солнечного затмения в Бангкоке - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.

BAKI, 21 iyun – Sputnik. Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb.

Луна, фото из архива - Sputnik Azərbaycan
İlin ilk Ay tutulması baş verdi

Sputnik Azərbaycan xəbər verir ki, tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb və saat 13:34-də sona çatacaq.

Tutulmanın maksimum həddi saat 10:41-də olacaq. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edəcək.

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə ediləcək. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər.

Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.

Xəbər lenti
0