İlin ilk Ay tutulması baş verdi

© Sputnik / Murad OrujovЛуна, фото из архива
Луна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunub

BAKI, 11 yanvar — Sputnik. Yanvarın 10-dan 11-nə keçən gecə 2020-ci ilin ilk tutulma hadisəsi - yarımkölgəli Ay tutulması qeydə alınıb.

Солнечное затмение, фото из архива - Sputnik Azərbaycan
İlin son Günəş tutulması baş verəcək

Sputnik Azərbaycan-ın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən məlumatına görə, saat 21:08-də başlayan tutulma hadisəsi  saat 01:12-də sona çatıb. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunub.

Tutulma hadisəsi yarımkölgəli Ay tutulması olduğundan adi gözlə müşahidə etmək çətin olub.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olacaq.

 

Xəbər lenti
0