CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin boşanması haqda: “Məni artıq evləndiriblər” - VİDEO

© Sputnik / Murad OrujovЭмин Агаларов и Алёна Гаврилова на красной дорожке фестиваля "Жара", день второй
Эмин Агаларов и Алёна Гаврилова на красной дорожке фестиваля Жара, день второй - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın və Azərbaycanın populyar müğənnisi model xanımı ilə boşanmasından və ümumiyyətlə nikaha münasibətindən danışıb

BAKI, 19 iyun — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov “Alyona, blin!” şousunda ilk dəfə rusiyalı model Alyona Qavrilovadan boşanması haqda danışıb. Sputnik Azərbaycan həmin müsahibədən bir hissəni təqdim edir:

Народный артист Азербайджана Эмин Агаларов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib

- Alyona Qavrilovadan özünütəcrid zamanı ayrıldın?

- Biz özünütəcridə qədər ayrılmışdıq. Instagram-dakı paylaşım biz artıq bir yerdə yaşamayan vaxt olmuşdu. Ayrılığın səbəbini deyə bilmərəm – kifayət qədər şəxsidir. Biz ayrılarkən bir övladımız olduğunu və özümüzün də yaxşı valideyn olmaq istədiyimizi gözəl dərk edirdik. İstəyirik ki, daim ünsiyyətdə olaq, uşaq müharibənin, anlaşılmazlığın olduğunu hiss etməsin. 

Əminəm ki, ümumi uşağı olan böyük adamların saxlamalı olduğu münasibətləri Alyona ilə yoluna qoya biləcəyik.

- Ayrılmaq haqda qərarı kim verdi?

- Bu barədə ətraflı danışmaq istəmirəm. Nə fərqi var. Qərar verildi və gerçəkləşdirildi.

- Çoxları deyirlər ki, Polina Qaqarina ilə münasibətləriniz olub və ikinizin də boşanmağı planlaşdırılmışdı.

- Əgər iki nəfər eyni həftədə öz həyat yoldaşlarından ayrılırsa, bu o demək deyil ki, onlar bir yerdə olmalıdırlar. Biz Polina ilə birlikdə deyilik. Məni hələ ən yaxın rəfiqəm Yuliya Baranovskaya ilə də “evləndirdilər”, amma biz sadəcə dostuq. Mətbuatda peyda olan adların hamısı yalandır.

- İndi kiminləsə münasibətin var?

- Yox.

- Alyona ilə evləndiyinə peşmansan?

- Yox, biz birlikdə bir neçə il keçirdik. Bu, xoşbəxt birlikdəlik idi. Gözəl uşağımız var. Alyonaya böyük hörmətlə yanaşıram.

- Sosial şəbəkədə yazdığına görə, o əzab çəkirdi?

- Bu sual, yəqin ki, ona ünvanlanmalı idi. Mənim üçün həmin paylaşımı etmək vacib idi, nöqtəni qoymalı idim ki, camaat fikirləşməsin ki, adam nikahdadır, amma sərbəst həyat yaşayır. Yəqin, hansısa izləyicinin kəskin sözləri, sualları onu həmin sözləri yazmağa vadar elədi. Prinsipcə, ərindən ayrılmağı müzakirə etmək qadın üçün çox ağrılıdır. Yəqin ki, bunda xoş bir şey tapmaq çətindir.

- Sənin sözlərində peşmanlıq duyulur. Səncə, niyə nə birinci, nə ikinci dəfə ailə həyatı alınmadı?

- Mən optimistəm, fikirləşirəm ki, əlbət, mənim üçün də uğurlu variant olacaq. Nəsə alınmayanda isə mən nikah xatirinə birlikdə yaşaya bilmərəm. Hesab edirəm ki, sevgi və qarşılıqlı anlaşma yoxdursa, heç kim xoşbəxt olmayacaq. Biz isə cəmi bir dəfə yaşayırıq. Əgər xoşbəxtliyin yoxdursa, normal böyük adam kimi həmin münasibəti sonlandırmalısan.

- Əsl kişi kimi davrandın? Yəni biz mülk davası və ya uşağın kiminlə qalacağı barədə mübahisələri eşitməyəcəyik? 

- Uşaq Alyona ilə yaşayır. Çünki balacadır. Biz bu məsələni götür-qoy etdik və qərara gəldik ki, belə daha düzdür. Hər gün onu görür, birlikdə vaxt keçiriəm. Öz uşaqlarımı sevirəm və bütün boş vaxtlarımda onlarla birlikdə olmaq istəyirəm.

Посмотреть эту публикацию в Instagram

Публикация от eminofficial (@eminofficial)

- Afina kimə oxşayır?

- Qaşları mənimkidir. Anasından çox şey götürüb. Mənim böyük oğluma da oxşayır.

- O böyüyüb səndən niyə boşandığınızı soruşanda nə cavab verəcəksən?

- Düşünməmişəm. Məncə, həmin an gələndə cavab səmimi olacaq. Mən də, Alyona da hər şeyi olduğu kimi deyəcəyik.

- Sən nikahda olanda haqqında sevgi şayiələri dolaşırdı. Onlar doğru idi?

- Onlar şayiədir. Nikahda olarkən heç kimlə kənar münasibətdə olmamışam.

- Zivertlə də?

Народный артист Азербайджана Эмин Агаларов, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Eminin karantinə bağlanan "Dobrodomik"i ehtiyacı olanlara ərzaqları evə çatdırır

- O, əla müğənnidir. Cəmi iki dəfə rastlaşmışıq. Onunla “Jara”da tanış olmuşuq. Uğurlarına çox sevinirəm. Amma dəqiq deyirəm, onunla macəramız olmayıb.

- Çox adam fikirləşir ki, ailən Alyonanı qəbul etmədiyinə görə boşandınız.

- Yalandır. Əgər ailəm qəbul etməsə, heç bu nikah da olmazdı. Anam tərəfdən, prinsipcə, heç bir sual yox idi. Atam tərəfdən var idi, amma o da evlənəndən sonra. Hər şey kifayət qədər lakonik idi.

- Yazırlar ki, sizin rəsmi nikahınız olmayıb.

- Belə şəxsi sualları, yaxşı olar ki, kadr arxasında saxlayaq. 

- Bunu bilərəkdən edirsən – yəni şəxsi həyatı müzakirə etməməyi?

- Məncə, hər şeyə açıq-aydın şərh verirəm. Yəni şəxsi həyatın da müəyyən hissəsi şəxsi qalmalıdır.

- Birinci xanımınızla yaxşı münasibətləri qorumağa necə nail oldunuz?

- İkimiz də bunu istəyirdik. Yəni onunla ayrılmağımız da münaqişə, yaxud qlobal problemə çevrilmədi. Hansısa məqamda qərar verdik ki, ayrı yaşayacaq, boşanacaq, uşaqları böyüdəcəyik. Hesab edirəm ki, bu məndə alındı. Tam bir-birimizi başa düşürük, daim ünsiyyətdəyik. Əsas odur ki, bunu uşaqlar hiss eləsinlər. Neçə dəfə evlənib-boşanmağın əsas deyil, əsas odur ki, sənə sevgi, vaxt, həyatının bir hissəsini, uşaq bəxş edən insanla sən hansı münasibətləri saxlayırsan. Buna minnətdarlıq və hörmətlə yanaşmaq lazımdır. 

Посмотреть эту публикацию в Instagram

Публикация от eminofficial (@eminofficial)

- Birinci xanımın Leyla Əliyeva Alyona ilə boşananda sənə dəstək oldu?

- Hə, biz bu barədə danışdıq. Onun mövqeyi həmişə belədir ki, əsas odur ki, sənə yaxşı olsun, mən isə həmişə yanında olacam. Bu, qarşılıqlıdır. Yəni mənim də ona münasibətim belədir.

- Bəs sən həyatında eyni zamanda bir neçə qadını sevmisən?

- Yox, məncə, bu, mümkün deyil. Bir neçə qadınla birlikdə ola bilərsən, amma sevə bilməzsən.

- İndi subaysan, yəqin ki, “ovçu” qızların hədəfinə çevrilmisən. Oliqarxları ovlayan qızları necə ayrıd edirsən?

- Nə bilim. Mən oliqarx deyiləm. Həyatda bir neçə dəfə uzunmüddətli münasibətlərim olub. Hesab edirəm ki, nə vaxtsa beynimdə təsəvvür etdiyim insanla rastlaşacam, yenə evlənəcəm, yenə uşaqlarım olacaq.

 

Xəbər lenti
0