Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib

© © Courtesy of Emin AgalarovНародный артист Азербайджана Эмин Агаларов
Народный артист Азербайджана Эмин Агаларов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Xalq artisti Emin Ağalarov fiziki məhdudiyyətli uşağa və analara həsr olunan yeni layihəsini ərsəyə gətirmək üçün iki il vaxt sərf edib

BAKI, 18 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti - məşhur rusiyalı iş adamı və populyar müğənni Emin Ağalarov "Ana" adlı sənədli filminin təqdimatını keçirib. Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, film fiziki məhdudiyyətləri olan oğlanın hekayəsindən bəhs edir.

Mahnının musiqisi və sözləri müəllifin özünə və Aleksandr Lev Konovalova məxsusdur. Filmdə fiziki məhdudiyyətləri olan oğlanın - Hüseyn Mollaoğlunun bütün ailəsi çəkilib. Layihənin rejissoru və prodüseri Aleksandra Yefimova, prodüserin assistenti Anastasiya Korolyovadır.

Bu film Ağalarovun həyatına güclü təsir göstərən inanılmaz bir oğlan haqqında hekayədir.

"Biz bu filmi iki ilə çəkmişik. Mən mahnını 2018-ci ildə əziz dostum Hüseyn və onun ailəsi ilə görüşdən sonra yazmışam. Həmin vaxtlar mən çoxdan idi ki, mahnı yazmırdım, amma onda mahnı yazmaq ürəyimdən keçdi. Bu işdə mənə kömək edən Saşa Konovalova minnətdaram. Biz bu filmlə göstərmək istəyirdik ki, ətrafımızda belə hekayələr çoxdur. Ətrafımıza baxmaq, görmək, uşaqlara və onların valideynlərinə necə kömək edə biləcəyimizi öyrənmək kifayətdir", - deyə Ağalarov qeyd edib.

Müğənninin sözlərinə görə, onun məqsədi filmi mümkün qədər tez çəkmək deyil, uşağın hər gün nə qədər böyük və çətin yol keçə biləcəyini tamaşaçılara göstərmək idi. Ağalarov filmin çəkilişlərində iştirak edənlərin hamısına təşəkkür edib.

"Filmin təkcə prodüseri və rejissoru deyil, həm də ilk növbədə fiziki məhdudiyyətli uşaq anası olan və bu çətin yolu keçən Saşa Yefimovaya təşəkkür edirik. Biz onunla çoxdan tanışıq və uzun illər işləyirik, amma bu iş bizim üçün ilk dəfə belə həyəcanlı, vacib və lazımlı oldu. Ətrafınıza baxın, gəlin birlikdə #uşaqlaraköməkedək, onlara inanaq, onların yanında olaq. Gəlin ucadan yaxşı işlər görək!" - deyə Ağalarov əlavə edib.

Filmdə fiziki məhdudiyyətli uşaq Hüseyn Mollaoğlu ilə yanaşı, onun anası Gülnarə və atası Məmməd Mollaoğlular da çəkiliblər.

İfaçı bu kompozisiyanı həmçinin bütün analara da həsr edib.

Xəbər lenti
0