CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uçuran qiymətlər - "Görmək istəyən bahalığa baxmayacaq"

© Photo : Facebook / Azerbaijan Airlines - AZALПассажирский самолет AZAL, фото из архива
Пассажирский самолет AZAL, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Pandemiyadan sonrakı dövrdə hava gəmiləri sərnişinlərlə tam dolu olarsa (satışlar çox olarsa), bu halda, qiymətin bahalaşma riski az olacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Azərbaycan Hava Yolları (AZAL)  pandemiya dövründə ilk dəfə iyunun 17-də Bakı-İstanbul reysini həyata keçirib. 174 nəfərlik "Airbus A320-200" (4K-AZ84) təyyarəsində yalnız 150 nəfərə bilet satılıb. Son 4 sıra yəni 24 nəfərlik yer xüsusi hallar üçün nəzərdə tutulub və boş saxlanılıb. Neqativ nəticəli COVID-19 testi olan sərnişinlər uçuşa buraxılıblar. Uçuş pandemiya dövrü üçün Nazirlər Kabineti tərəfindən hazırlanmış qaydalara uyğun həyata keçirilib.

Самолет AZAL - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL aviabiletlərin pulunu belə qaytaracaq

Hazırda müntəzəm reyslər həyata keçirilməsə də, yaxın gələcəkdə Azərbaycanın bir sıra dövlətlərlə hava sərhədlərini açacağı qaçılmazdır. Bəs görəsən, hava yolu ilə yeni sərnişindaşıma qaydaları gəlmə turizmə necə təsir edəcək? Sərnişinlər arasında məsafənin saxlanılması uçuş biletlərini bahalaşdıra bilərmi?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hal-hazırda hava yollarında qiymətlərin bahalaşması müşahidə olunmur:

"Qiymətlər hələ ki olduğu kimi qalır. Çox güman ki, müntəzəm reyslər sərhədlər açılmayana kimi olmayacaq. Hal-hazırda istisna olaraq ayda bir neçə dəfə vətəndaşları öz ölkələrinə çatdırmaq üçün uçuşlar həyata keçirilir. Pandemiyadan sonrakı dövrdə hava gəmiləri sərnişinlərlə tam dolu olarsa (satışlar çox olarsa), bu halda qiymətin bahalaşma riski az olacaq".

G.Qəhrəmanov deyir ki, hava limanları, Azərbaycan Hava Yolları öz standartlarını təsdiqləyərək müştərilərə müvafiq məlumatları verir: "İstəyimiz odur ki, tezliklə xəstəliyin riskləri azalsın və sərhədlər açılsın. Turizm industriyası işə başlasın. Bu gün dünyada pandemiyadan ən çox əziyyət çəkən sahələrdən biri  turizmdir".

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hava yollarının fəaliyyətinin pandemiya dövrünün tələblərinə uyğunlaşdırılaraq bərpa edilməsi yaxşı haldır: "Mütəxəssislər tərəfindən hazırlanan yeni qaydalara əməl etmək çox vacibdir. Düşünmürəm ki, yeni qaydalar gəlmə turizmə mənfi təsir göstərəcək. Ölkəmiz hələ ki, bütün dövlətlərlə hava sərhədlərini açmayıb. Amma yəqin ki, bu, uzun müddət davam etməyəcək. AZAL rəsmiləri də açıqlama verdilər ki, qiymətlərin bahalaşması hələ ki, gündəmdə deyil. Hətta qiymətlərdə cüzi dəyişiklik olarsa, bu da gəlmə turizmə mənfi təsir göstərməz. Ölkəmizi görmək istəyən yenə gəlib görəcək".

Xəbər lenti
0