CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL aviabiletlərin pulunu belə qaytaracaq

© Photo : AZALСамолет AZAL
Самолет AZAL - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda sərnişinlərin əlində 178 691 bilet var. Onların hamısı biletlərin pulunu geri qaytarmaq istəmir. Böyük əskəriyyət biletləri dəyişmək istəyir" - Eldar Hacıyev

BAKI, 11 iyun — Sputnik. Azərbaycanda və digər ölkələrdə epidemioloji vəziyyətdən asılı olaraq iyul-avqust aylarında beynəlxalq uçuşlar başlayarsa, bu günə qədər bilet almış bütün sərnişinlərin biletləri həmin məbləğdə AZAL və “Buta Airways”in uçduğu hər hansı istiqamətdə olan biletlər ilə dəyişdiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, həmin sərnişinlərə xüsusi vauçerlər təqdim edilir: “Bunu istəməyən sərnişinlər olduqda isə beynəlxalq uçuşlar istiqamətində işə başladığımız 60 gün keçəndən sonra bütün biletlərin pullarını geri qaytarmağa hazır olacağıq”.

E.Hacıyev qeyd edib ki, hazırda sərnişinlərin əlində 178 691 bilet var: “Onların hamısı biletlərin pulunu geri qaytarmaq istəmir. Böyük əskəriyyət biletləri dəyişmək istəyir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə bildirib ki, çarter uçuşlarında iştirak edən heyət üzvləri arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb. O deyib ki, bununla bağlı TƏBİB-ə məlumat daxil olmayıb.

Xəbər lenti
0