Çində yenidən həyəcan təbili çalınır - Pekində epidemiya artım mərhələsindədir

© AFP 2024 / STRСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Pekindəki vəziyyəti izləyir və yaxın vaxtlarda oraya öz ekspertlərini göndərəcək.

BAKI, 17 iyun — Sputnik. Pekində epidemioloji vəziyyətə nəzarətin mürəkkəbliyi artır, koronavirus epidemiyası artım mərhələsindədir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Pekinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbərinin müavini Pan Sinho deyib.

Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
RUSİYA
Rusiya bu gün koronavirus vaksininin sınaqlarına başlayır

"Hazırda Pekində epidemiya hələ də artım mərhələsindədir və "Sinfadi" bazarının Pekində kənd təsərrüfatı məhsullarının ən iri bazarı olduğunu, böyük ticarət sahələrinə və yük axınına, eləcə də çox sayda işçiyə malik olduğunu nəzərə alsaq epidemiyanın yayılması riski böyükdür və (epidemioloji vəziyyətə – red.) nəzarətin mürəkkəbliyi artır", - Pan Sinho deyib.

O, həmçinin qeyd edib ki, xəstələnənlərin sayının artması müəyyən müddət ərzində davam edə bilər.

Bir qədər əvvəl, Pekinin "Sinfadi" ən böyük topdansatış bazarında epidemioloji araşdırma nəticəsində idxal edilmiş qızılbalığın kəsilməsi üçün taxtada koronavirusun izləri aşkar edilib.

Bazar iyunun 13-dən etibarən müvəqqəti olaraq bağlanıb, rayonda hərbi vəziyyət rejimi tətbiq olunub. Hakimiyyət orqanlarının sözlərinə görə, hazırda qızılbalığın virusun daşıyıcısı olub-olmamasına dair heç bir dəlil yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Pekindəki vəziyyəti izləyir və yaxın vaxtlarda oraya öz ekspertlərini göndərəcək.

Çərşənbə günü səhərə olan məlumata görə, Pekində ötən gün yeni koronavirusa 37 yoluxma faktı aşkar edilib.

Xəbər lenti
0