Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya bu gün koronavirus vaksininin sınaqlarına başlayır

© AP Photo / John MinchilloТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər peyvəndin iki formasının - maye və tozşəkilli variantının orqanizmə təsirini öyrənəcəklər.

BAKI, 17 iyun — Sputnik. Koronavirusa qarşı peyvəndin klinik tədqiqatları Moskvanın iki tibb müəssisəsində 38 nəfərlik iki könüllü qrup üzərində aparılacaq.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Çində COVID-19-a qarşı beş vaksin sınaqdan keçirilib: Nəticələr sevindiricidir

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bir qədər öncə, nazirlik Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzində hazırlanmış COVID-19 əleyhinə preparatın insanlar üzərində test edilməsinə icazə verib. Testlər bu gün başlayıb.

Mütəxəssislər peyvəndin iki formasının - maye və liofilləşdirilmiş (quru, tozşəkilli) variantının orqanizmə təsirini öyrənəcəklər.

"Əzələdaxili inyeksiya üçün məhlul şəklində olan vaksinin sınaqları Burdenko adına hərbi hospitalda aparılacaq", - Səhiyyə Nazirliyinin press relizində deyilir.

Tozşəkilli variant isə Seçenov Universitetində sınaqdan keçiriləcək.

Səhiyyə Nazirliyindən bildiriblər ki, sınaqların potensial iştirakçıları iki həftə müddətində sanatoriyada saxlanılıblar. Onların qərarı könüllüdür, onlara prosedur, mümkün fayda, risklər və narahatlıqlar barədə məlumat verilib.

Xəbər lenti
0