Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nə qədər qalıb - Azərbaycanın neft ehtiyatları yenidən dəyərləndirildi

© REUTERS / Brendan McDermidНефть, фото из архива
Нефть, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hesabata əsasən, 2019-cu ilin sonuna dünyada təsdiq olunmuş neft ehtiyatları 244,6 mlrd. ton və ya 1 733,9 mlrd. barel təşkil edib (Azərbaycanın payı – 0,4%).

BAKI, 17 iyun – Sputnik. Böyük Britaniyanın BP şirkəti Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirilməsini dəyişməyib.

Sputnik Azərbaycan BP-nin illik icmalına istinadən verdiyi məlumata görə, 2019-cu ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 1 mlrd. ton (7 mlrd. barel) təşkil edib ki, bu da 2018-ci ilin göstəricisinə bərabərdir.

Цистерны для нефтепродуктов - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft daha fontan vurmur: Həftəyə kəskin ucuzlaşma ilə başladı

Hesabata əsasən, 2019-cu ilin sonuna dünyada təsdiq olunmuş neft ehtiyatları 244,6 mlrd. ton və ya 1 733,9 mlrd. barel təşkil edib (Azərbaycanın payı – 0,4%).

Qeyd edək ki, BP şirkəti Azərbaycanda bir sıra neft-qaz layihələrin aktiv iştirakçısıdır. Belə ki, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun operatorudur. Azərbaycanda hasil edilən neftin böyük hissəsi məs bu yatağın payına düşür.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Xəbər lenti
0