BAKI, 15 iyun — Sputnik. Dünya bazarında neftin qiyməti həftəyə ciddi azalma ilə başlayıb.
Sputnik Azərbaycan “Bloomberg”ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 3,33 faiz azalaraq 1 barelə görə 37,44 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,74 faiz azalaraq 34,54 dollar təşkil edib.
Qeyd edək ki, paralel olaraq təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
İyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,34% azalaraq 1,738 ABŞ dolları təşkil edib.