İranda ölənlərin sayı yenidən kəskin artıb

© AP Photo / Ebrahim NorooziЧеловек скончавшийся от COVİD-19 в Иране, фото из архива
Человек скончавшийся от COVİD-19  в Иране, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib ki, ötən 24 saat ərzində daha 113 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 8 950 nəfərə çatıb.

BAKI, 15 iyun – Sputnik. İranda ötən sutka ərzində daha 2 249 nəfər koronavirusa (COVID19) yoluxub.

Пациент с COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Çox pis rəqəm: Koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, bununla İranda bu virusa yoluxanların sayı 189 876 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 765 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 113 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 8 950 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda indiyədək 150 590 nəfərin koronavirusdan sağaldığını deyib.

Lari bildirib ki, İranın Xuzistan, Qərbi Azərbaycan, Hörmüzqan, Kürdüstan və Sistan və Bəluçestan vilayətlərində vəziyyət daha təhlükəlidir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,26 milyondan çox test həyata keçirilib.

Xəbər lenti
0