Çox pis rəqəm: Koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

© AFP 2023 / TARSO SARRAFПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
COVID-19-un ən çox müşahidə edildiyi ABŞ-da virusa 2 milyon 162 min nəfər yoluxub, onlardan 118 minə yaxını ölüb, 870 min nəfər sağalıb

BAKI, 15 iyun — Sputnik. Dünya üzrə koronavirusa 7 milyon 997 min nəfər yoluxub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə https://www.worldometers.info saytında qeyd edilir.

Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Koronavirusdan sağalan kişiyə 1,1 milyonluq çek gəldi

Virusdan 436 minə yaxın adam ölüb, 4 milyon 129 min nəfər sağalıb.

COVID-19-un ən çox müşahidə edildiyi ABŞ-da virusa 2 milyon 162 min nəfər yoluxub, onlardan 118 minə yaxını ölüb, 870 min nəfər sağalıb.

Yoluxma sayına görə 868 min nəfərlə ikinci yerdə Braziliya gəlir. Bu ölkədə ölənlərin sayı 43 mini keçib. Şimal qonşumuz Rusiya virusa yoluxanların sayına görə ölkələr arasında 529 min yoluxma ilə üçüncüdür. Amma ölkədə cəmi 7 minə yaxın adam ölüb. İran 187 427 yoluxma ilə 10-cu, Türkiyə 178 239 yoluxma ilə 11-ci sıradadır.

Ermənistan 16 667 yoluxma ilə 50-ci, Gürcüstan isə 864 yoluxma ilə 124-cüdür.

Azərbaycanda COVID-19-a 9 957 yoluxma halı qeydə alınıb. Ölkəmizdə koronavirusa yoluxanlardan 5 583 nəfəri sağalıb.

Xəbər lenti
0