Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bircə ümid ona qalmışdı, hər həftəsonu karantin kökündən baltalayır

© Sputnik / Shahperi AbbasovaBoş qalan cənnət məkan
Boş qalan cənnət məkan - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkə əhalisi bütün istirahət planlarını həftəsonuna saxlayır. Həftəsonu isə iri şəhərlərdən çıxışa qadağa qoyulur. Əgər hər həftəsonu bu qadağalar tətbiq edilsə, regional turizm çökəcək. Çünki bu gün turizm bölgələrinə əsas axın iri şəhərlərdəndir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Azərbaycanda turizm sahəsi dünyadakı kimi koronavirus pandemiyasından ən çox zərər görən sahə hesab olunduğundan, havaların isinməsi ilə bu sektorda canlanma gözlənilir. Hətta koronavirusun az qala tüğyan etdiyi qonşu Rusiya da tədricən turizm mövsümünün açılışına hazırlaşır. Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin deyib ki, iyul ayının 1-dən bir çox regionlarda sanatoriyalar öz fəaliyyətini bərpa edəcək. Bu gündən digər qonşumuz Gürcüstanda otellər fəaliyyətə başlayır.

Dağ-xizək mövsümü “əriyib gedib”, amma Qəbələdə kanat xətləri qonaqları gözləyir – video   - Sputnik Azərbaycan
VİDEO
Dağ-xizək mövsümü “əriyib gedib”, amma Qəbələdə kanat xətləri qonaqları gözləyir

Azərbaycanda isə həftəsonları karantin rejiminin sərtləşdirilməsi ölkəmizdə turizm mövsümünün başlanmasına olan inamı azaldıb. Məlumatlara görə, Azərbaycanda bundan sonra hər həftəsonu belə sərt karantin rejimi tətbiq ediləcək. İnsanların məhz həftəsonları istirahət üçün turizm məkanlarına üz tutduğunu nəzərə alsaq, bölgələrimizdə yerləşən turizm obyektlərinin vəziyyəti sual doğurur. Ekspertlər də həftəsonları sərt karantin rejiminin davamlı hal almasının turizmə böyük zərbə vuracağını söyləyirlər.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər iri şəhərlərə çıxış qadağası hər həftə sonlarında tətbiq edilərsə, regional turizmin bu mövsüm fəaliyyətindən söhbət gedə bilməz:

"Ötən həftə regiondakı otellər qiymətlərə 20-30 faiz endirim etmişdi. İnam vardı ki, bu həftəsonu rayonlara dincəlmək üçün gedənlər olacaq. Amma həftəsonu qadağası bütün bu planları alt-üst etdi. İri şəhərlərdən çıxış qadağası regional turizmə çox mənfi təsir göstərir. Mən düşünürəm ki, molların fəaliyyətini saxlayıb, turizm sənayesinə icazə verilməliydi. Ölkə əhalisi bütün istirahət planlarını həftəsonuna saxlayır. Həftəsonu isə iri şəhərlərdən çıxışa qadağa qoyulur. Əgər hər həftəsonu bu qadağalar tətbiq edilsə, regional turizm çökəcək. Çünki bu gün turizm bölgələrinə əsas axın iri şəhərlərdəndir".

S.Dübəndi bildirir ki, iri şəhərlərin daxilində də həftəsonu çıxışa qadağa regional turizmə mənfi təsir edir: "Gəncə sakinləri ətraf dağlıq rayonlarda dincələ bilirdilər. 

Aeroport, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni marşrutlar, sərfəli qiymət, yüksək keyfiyyət - yuxu deyil, Azərbaycanda olacaq
Həftəsonu Gəncə kimi iri şəhərdən çıxışa qadağa onları bu imkandan da məhrum edir. Mənim fikrimcə, həftəsonu qadağalar aradan qaldırılmasa, regional turizmin dirçəlməsi mümkün olmayacaq. Çünki bu gün ancaq ümid daxili turizmə qalıb. Sərhədlərimizi açsaq da, biz xaricdən turist axını gözləmirik".

Qeyd edək ki, iyunun 9-da Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi yeni qərara görə, 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Qərargahın iyunun 12-də keçirdiyi brifinqdə isə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı növbəti həftədə cümə və şənbə günləri - 19-20 iyunda karantin günü olması, bazar günü isə əhaliyə sərbəst hərəkətə icazə verilməsinin təklif edildiyini deyib: "Bazar günü sosial məsafənin qorunması üçün müəyyən məhdudiyyətlər tətbiq oluna bilər".

Xəbər lenti
0