CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni marşrutlar, sərfəli qiymət, yüksək keyfiyyət - yuxu deyil, Azərbaycanda olacaq

CC0 / RainerPrang / airportAeroport, arxiv şəkli
Aeroport, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Deyəsən, bu yay Azərbaycanın dilbər guşəsi ancaq bizə qalacaq: karantindən əliaşağı çıxanları düşünüb yeni konsepsiya hazırlayıblar.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Artıq bir neçə aydır bütün dünyanı bürüyən koronavirus ölkələrin iqtisadiyyatından zərərsiz ötüşməyib. Əksər ölkələrin iqtisadi gəlirlərinin formalaşmasında mühüm rol oynayan turizmin fəaliyyətinin dayandırılması, aylarla bu vəziyyətin davam etməsi vəziyyəti daha da gərginləşdirib. Artıq rəqəmlərin artmasına rəğmən, bir çox ölkələr vəziyyətdən çıxış yolu olaraq ilk növbədə daxili turizm potensialının inkişafına diqqət ayırıblar.

Bu gün Azərbaycan da özünün yerli turistlərini yenidən qazanmaq, daxili turizmi inkişaf etdirmək üçün müəyyən çıxış yolları axtarır. Artıq bununla bağlı ilkin addımlar da atılıb.

Вид на Стамбул, фото из архива - Sputnik Azərbaycan
Onlara şərait yaradılması əlavə turist deməkdir - Və ya İstanbul ola biləcəyikmi

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "COVID-19 pandemiyası ilə əlaqədar olaraq dünyada, o cümlədən də Azərbaycanda bir çox sektorlar zərər görərək çökmə nöqtəsinə çatdı. Turizm də bu sahələrdən, deyərdim ki, ən başlıcasıdır. Sərhədlərin aylardır bağlı olması və karantin müddətinin hələ də davam etməsi bu sahəni çökdürüb. Bu səbəbdən turizm şirkətləri üçün heç bir imkan yoxdur ki, nəsə edə bilsinlər. Lakin karantin müddətinin daha da yumşaldılması və bundan sonra regionlara yolların açılması ilə birinci daxili turizmin inkişafı nəzərəçarpan olacaq. Yerli vətəndaşlarımız da daha çox daxili turizmə maraq göstərməli olacaqlar". 

O, daxili turizmin inkişafını şərtləndirən amillərdən bəhs edib: "Daxili turizmin inkişafını şərtləndirən bir çox amillər var. Onların hər birinin üzərində ətraflı olaraq müzakirələr aparılmalıdır. Bununla əlaqədar olaraq Azərbaycan Turizm Assosiasiyasının təşəbbüsü ilə bir neçə turizm qurumu arasında assosiativ əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu memorandumdan sonrakı mərhələdə artıq daxili turizmlə bağlı konsepsiyanın işlənib hazırlanması gözlənilir. Biz 2020-2025-ci illərdə daxili turizmin inkişaf perspektivləri adlanan konsepsiyanı işləyib hazırladıq. Burada növbəti illərdə daxili turizmin inkişaf planları qeyd olunub. Hazırda bu konsepsiya təkmilləşmə prosesindədir".

Yayda otellərdə yer tapılmayacaq? - Söhbət tək pulda və çoxluqda deyil>>

"Bu konsepsiyada bir sıra nüanslar nəzərdə tutulur. Burada daxili turizmdəki boşluqların tapılıb aradan qaldırılması nüanslarına toxunulub. Konsepsiyada bununla əlaqədar qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyinin nümayəndələri, turizm şirkətləri və rayon yerli icra hakimiyyətlərinin nümayəndəlikləri olmaqla 4 əsas dövlət qurumunun iştirakı ilə işçi qrupu yaradılmalı və monitorinqlər aparılmalıdır. Bu işçi qrupunun əsas fəaliyyətlərindən biri ərazilərdə sanitar-epidemioloji vəziyyəti öyrənmək, oradakı çatışmazlıqları aradan qaldırmaq, eyni zamanda da qida təhlükəsizliyi və onun gigiyenik qaydalara uyğun təqdimatını öyrənməkdir", - deyə ekspert əlavə edib.

Konsepsiyada həmçinin otellər və ictimai iaşə obyektlərində olan problemlərin öyrənilməsinin də vacibliyi vurğulanıb: "Bu müəssisələrdə, obyektlərdə problemlər də öyrənilməli və bu problemlər aradan qaldırıldıqdan sonra həmin müəssisəsəyə pulsuz sertifikatın verilməsi nəzərdə tutulub. Bu isə o deməkdir ki, vətəndaş, turist rahatlıqla bu obyektə gələrək sağlamlığını etibarlı əllərə tapşıra və rahatlıqla istirahət edə bilərlər".

Konspesiyada qiymətlərin aşağı salınması tövsiyə edilir:

"Konsepsiyada həmçinin qiymət siyasətinə toxunulmasının vacibliyi də vurğulanır. Bazar iqtisadiyyatı olduğundan bu baxımdan sahibkarlara qiymətlərlə bağlı təzyiqlərin göstərilməsi düzgün deyil. Bu səbəbdən konsepsiyada sadəcə olaraq tövsiyə xarakterli söhbətlərin aparılması nəzərdə tutulub. Bilirsiniz, hər il yayda turizm qiymətləri artır, bu həm də ölkəyə gələn xarici turistlərin hesabına baş verirdi. Lakin hazırda sərhədlər bağlı olduğundan biz yalnız yerli turistlərin olacağına ümid edirik. Belə olan halda, yerli turistlərin də pandemiya şəraitində gəlirlərinin azaldığını nəzərə alaraq biz qiymətin yüksək olmasının düzgün olmadığını düşünürük".

"Konsepsiyada milli kadrların vacibliyindən də bəhs edilir. Vurğulanır ki, sahibkarlar da milli kadrların potensialından istifadə etməyə çalışmalıdırlar. Tələb olaraq isə turizm şirkətlərinə ənənəvi deyil, yeni marşrutların işlənilib-hazırlanmasını irəli sürmüşük. 1-2 günlük deyil, bir həftə, 10 günlük geniş və daha uzun müddətli marşrutların hazırlanması önəmlidir. Bundan başqa, infrastrukturu zəif olan bölgələrdə yeni turizm növlərinin inkişafından bəhs edilib. Məsələn, bu cür yerlərdə çadır turizmini də genişləndirmək olar", - deyə Ə.Qurbanov əlavə edib.

Xəbər lenti
0