CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir yumruğa maska məsələsi böyüdü - ortada 20 min manat var

© Sputnik / Zulfiyya GuluyevaAzərbaycanda istehsal olan maska
Azərbaycanda istehsal olan maska - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai Televiziyanın bölgə müxbiri zərərçəkmiş qismində onlara zor tətbiq etmiş aptek sahibindən 20 000 manat təzminat tələb edir

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, İTV-nin Qarabağ  bölgəsi üzrə  müxbiri Şöhrət Eyvazov bir neçə gün öncə peşə fəaliyyətini həyata keçirərkən yerli aptek sahiblərindən birinin zorakılığına məruz qalıb. Nəticədə yüngül bədən xəsarətləri alıb. Bununla yanaşı, çəkiliş qrupunun texniki avadanlığı da zərər çəkib. Belə ki, kameranın mikrofonu yararsız hala düşüb.

Jurnalist Şöhrət Eyvazov  Sputnik Azərbaycan-a bildirib ki, hadisə ictimai motivlidir. Şəxsi münasibətlər zəminində yaranmayıb. Bunun üçün də aptek sahibindən onun təzminat tələb etmək hüququ var:

“Mən aptekə dərman almağa gedəndə davaya düşməmişəm. Bütün media mənsubları belə vəziyyətə düşə bilərlər. Hamıdan dəstək gözləyirəm. Qanunlara və jurnalist toxunulmazlığına inanıram,  müxtəlif təzyiqlər olsa da geri çəkilmək fikrim yoxdur”.

Təzminatın məbləğindən danışan İctimai Televiziya və Radio Yayımları Şirkəti İnformasiya departamentinin böyük redaktoru Şöhrət Eyvazov 20 min manat mənəvi təzminat tələb edəcəyini bildirib. Onun sözlərinə görə, bu, işgüzar nüfuz üçün minimal rəqəm hesab olunmalıdır.

Рука, сжатая в кулак, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bir yumruğa maska satırlar

Xatırladaq ki, bir neçə gün əvvəl  Bərdədə karantin qaydalarına riayət olunması və apteklərdə tibbi maskanın satış qiymətləri  haqqında süjet hazırlayan zaman jurnalist Şöhrət Eyvazov Bərdə şəhərinin mərkəzində yerləşən “Fərid” aptekin sahibi İsak Cəfərovun hücumuna məruz qalıb. Sorğunu bitirib aptekdən çıxmaq istəyərkən aptekin sahibi İsak Cəfərov çəkiliş qrupunun qarşısını kəsərək çəkiliş materialının silinməsini tələb edib. Tələbi yerinə yetirilməsə, kameranı sındırmaqla hədələyib.

Jurnalist Şöhrət Evazov bildirib ki, əvvəlcə aptek sahibi İsak Cəfərov onlardan niyə gəldiklərini soruşub. Çəkilişin məqsədi izah olunanda isə İsak Cəfərov əsəbi halda: "Maskanı hansı qiymətə sataram, özüm bilərəm", - deyib. Sonda aptek sahibi bir az da irəli gedərək jurnalistə zor tətbiq edib, köynəyinin yaxasını cırıb.

Dərhal hadisə yerindən DİN “102” xidmətinə zəng edib, zorakılığa məruz qaldığını bildirən jurnalist sonra Bərdə rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət edib. İlkin araşdırma nəticəsində Cəfərov İsak Məcid oğlunun əməlində Azərbaycan Respublikası CM 221.1 maddəsinin (xuliqanlıq) tərkibi olduğu üçün cinayət işi başlanıb və Şöhrət Eyvazov zərərçəkmiş kimi tanınıb. 

Araşdırma davam edir. Aptek sahibi məhkəməyə qədər sərbəst buraxılıb.

Xəbər lenti
0