BAKI, 13 iyun — Sputnik. Əfsanəvi basketbolçu Maykl Cordan 200,6 kiloqram ağırlığında nəhəng marlin balığını tutub. Bu barədə Sputnik Azərbaycan "The Guardian" nəşrinə istinadən xəbər verir.
57 yaşlı idmançı Amerikanın Şimali Karolina ştatında keçirilən "Big Rock Blue Marlin Tournament" müsabiqəsində iştirak edir. Turnirin mükafat fondu 3,3 milyon dollardır. Ən böyük marlini tutmuş qalib bu məbləğin üçdə birini alır.
— Big Rock Tournament (@bigrockfishing) June 10, 2020
Hələ ki, Cordan üç mükafat yerindən birinə yüksələ bilməyib. Müsabiqə zamanı tutulmuş ən böyük balığın çəkisi 224 kiloqramdır. Basketbolçu beşinci yerdə imiş, lakin balıqçılardan birinin 204 kiloqram marlinlə qayıtmasından sonra o, altıncı yerə düşüb.
Müsabiqə hələ bitməyib, buna görə də Cordanın nəticəni yaxşılaşdırmaq üçün vaxtı var. İdmançı və onun komandası daha bir marlini tutmağa çalışacaq.
"Daha böyük balıqla qayıtmağa şad olaram", - o, müsahibəsində etiraf edib.
Qeyd edək ki, əfsanəvi basketbolçunun 1 metr 98 santimetr boyu var.