BAKI, 7 iyun – Sputnik. İki çəki dərəcəsində qarışıq döyüş növləri (UFC) üzrə keçmiş dünya çempionu, irlandiyalı Konor Makqreqor Twitter-də karyerasını başa vurduğunu açıqlayıb.
İdmançı çıxışlarında iştirak edənlərin hamısına təşəkkür edib və anası ilə olan fotosunu paylaşıb.
"Salam, uşaqlar. Döyüşləri bitirmək qərarına gəldim. Bu gözəl anlar üçün hər kəsə təşəkkür edirəm. Bu, əla idi. Bu nə yol idi belə?! Bu, mənimlə anamın Las-Veqasda qələbələrimdən birini qazandıqdan və dünya çempionu olduqdan sonra çəkdirdiyimiz şəkildir. Arzularının evini seç, mən səni sevirəm! Nə arzulayırsansa, sənindir",- UFC üzrə eks-çempion öz postunda yazıb.
Ötən ilin mart ayında məşhur döyüşçü artıq oktaqondakı çıxışlarını sona çatdırdığını elan etmişdi. Onda onun "istefası" bir aya yaxın davam etmişdi.
UFC üzrə irlandiyalı döyüşçü karyerası boyunca 22 dəfə qalib gəlib və dörd dəfə məğlubiyyətə uğrayıb.