CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağ günlərin insanlarının çörək davası və ağır günlərin xilaskar çörəyi - VİDEO

Abunə olmaq
Ölkəmizdə müxtəlif adda, görünüşdə və tərkibdə çörəklər bişirilir. Bu dad rəngarəngliyinə uşaqlıqdan vərdiş etmişik. Tovuzda isə qarğıdalı unundan hələ də köhnə adətlərə sadiq qalaraq cad çörəyi bişirilir. Daha ətraflı videomuzda izləyin.

Vətənimizdə müxtəlif adda çörək bişirilir. Bu seçim çoxluğunu görə-görə böyümüşük. Amma təəssüf ki, onlardan bəziləri artıq çoxdan unudulmuş, bəziləri də unudulmaq üzrədir. Belə çörəklərdən biri də qarğıdalı unundan bişirilən cad çörəyidir.

Ləzgi “xran fu”, yəni xərək çörəyi necə bişirilir  - Sputnik Azərbaycan
VİDEO
Ləzgi “xran fu”, yəni xərək çörəyi necə bişirilir

Özünəməxsus iyi və dadı olan cad çörəyini unutmağa qoymayan Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakinləri onu hələ də “ağır günlərin, çətin günlərin çörəyi” adlandırırlar. Onlar əvvəllər olduğu kimi hələ də onu hazırlayır, unu özləri üyüdür, ələyir, sac asırlar. Onlar unudulmaqda olan çörək növlərindən bişirərək, onların adını, dadını gənc nəslin yaddaşına həkk etdirməyə çalışırlar.

Kənd sakini Pakizə Məmmədova deyir ki, cad çörəyinin hazırlanmasında heç bir maya, xaşlama, baratadan istifadə edilmir, acıtmadan hazırlanır. Məhz buna görə də o, həm sağlamlığa xeyirdir, həm dietikdir. Bir vaxtlar buğda unu qıt olanda, kasıblıq zamanlarında cad çörəyi həmişə insanların köməyinə çatıb. Cad adi isə çörəyin üstü cadar-cadar, girintili-çıxıntılı, “cod” olduğuna görə verilib.

Uşaqlar indi də səbirsizliklə ilk çörəyin bişməsini gözləyirlər. O bişəndə ətrafa elə bir nəfis qoxu saçılır ki, ötən qonşular belə ayaq saxlayırlar. Yay axşamlarında sac ətrafında oturub ilk çörəyi yağla yeməyin ləzzəti isə tamam başqadır.

Xəbər lenti
0