SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dünyanın düzəni dəyişir – ABŞ Çinə qarşı görün kimlə koalisiya qurmaq istəyir

© AFP 2024 / WANG ZHAOФлаги США и Китая, фото из архива
Флаги США и Китая, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın əvvəllər qurduğu beynəlxalq iqtisadi münasibətlər sistemi, onun daxilindəki oyun qaydaları artıq Birləşmiş Ştatların maraqlarına cavab vermir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın iyun ayında keçirilməsi planlaşdırılan "Böyük Yeddilik" ("G7") sammitini gözlənilmədən sentyabr ayına qədər təxirə salması və sammitə digər ölkələri də dəvət edəcəyinə dair yayılan məlumatlar heç də birmənalı qarşılanmayıb. Xüsusi ilə Trampın sammitə dəvət ediləcək ölkələr siyahısında Rusiyanın da adını çəkməsi maraqla qarşılanıb. Öz növbəsində Ağ Evin strateji kommunikasiyalar üzrə direktoru Alissa Fara isə bəyan edib ki, genişləndirilmiş ölkələr qrupunun iclası Çinlə bağlı məsələləri müzakirə etməyə imkan verəcək. Direktor bildirib ki, sammit Çinin gələcəyi ilə nə etməli olduğumuz barədə danışmaq üçün bizim ənənəvi müttəfiqlərimizi bir araya gətirəcək. Ekspertlər isə qeyd edir ki, Tramp Administrasiyası Çinin artan nüfuzu və gücünün qarşısını almaq, həmçinin yeni dünya düzənini qurmaq üçün yeni müttəfiqlər arayışındadır. Sputnik Azərbaycan xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovla həmsöhbət olub.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
SƏHİYYƏ
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu

Fuad Çıraqov vurğulayıb ki, Tramp Administrasiyası Çinə qarşı çox geniş koalisiya yaratmağa çalışır: "Ümumdünya Səhiyyə Təşkilatına təzyiqlər, Birləşmiş Ştatların bu qurumdan çıxmağı və rəsmi Vaşinqtonun vaxtında koronavirusla bağlı dünya ictimaiyyətini məlumatlandırmasına dair Çinə qarşı iddiaları məhz buna hesablanıb. Rəsmi Vaşinqton bu təzyiq vasitəsindən maksimum şəkildə istifadə etməyə çalışır və bu istiqamət özünü ABŞ-ın xarici siyasət strategiyasında qabarıq şəkildə göstərir. Bundan əlavə, biz Tramp Administrasiyasının dünya düzənini, beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırmaq cəhdlərini görürük. ABŞ-ın əvvəllər qurduğu beynəlxalq iqtisadi münasibətlər sistemi, onun daxilindəki oyun qaydaları artıq Birləşmiş Ştatların maraqlarına cavab vermir. Bu oyun qaydaları çərçivəsində artıq Çin qalib gəlməyə başlayırdı".

Mərkəzin eksperti sentyabrda baş tutacaq G7 sammitinə Rusiyanı dəvət etməsinə diqqət çəkib: "ABŞ-da, xüsusi ilə Tramp Administrasiyası daxilində müəyyən qüvvələr hesab edirlər ki, onlar Rusiyanı da Çinə qarşı koalisiyaya cəlb edə bilərlər. Bu fikirlər müxtəlif formalarda, hətta ABŞ-ın sabiq dövlət katibi Henri Kissencer tərəfindən də səsləndirilib. O, qeyd etmişdi ki, Qərb sivilizasiyasının Çinə qarşı koalisiyasında mütləq Rusiyada olmalıdır və bu rəqabətin taleyini müəyyən dərəcədə Rusiyanın hansı qütbdə olması həll edəcək".

Pekin, Çin, arxiv şəkli - Sputnik Azərbaycan
"Pandemiya bəhanəsi". Politoloq ABŞ-Çin münasibətlərini şərh edib

Lakin Fuad Çıraqov eyni zamanda qeyd edib ki, Rusiyanın son nəticədə hansı tərəfi tutacağını indidən demək olduqca tezdir: "Düzdür, Obama Administrasiyasının hakimiyyətdə olduğu müddətdə Rusiya-ABŞ münasibətləri pisləşmişdi. Lakin Obamanın prezident seçildiyi ilk vaxtlara nəzər salsaq, görərik ki, ilk vaxtlarda ABŞ-ın yeni Administrasiyası Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün yeni strategiya – reset strategiyası həyata keçirməyə cəhd etdi. Lakin bu özünü doğrultmadı. Tramp Administrasiyası da ilk dövrlərdə buna cəhd etməyə çalışdı. Hətta bu cəhdlərin müəyyən mənada indi də davam etdiyini də demək olar. Ancaq ABŞ daxilində müxalif qüvvələr çox ciddi cəhdlə buna mane olmağa çalışır. Bildiyim qədərilə Rusiyanın daxilində də çox ciddi qüvvələr, qruplar var ki, onlar hesab edirlər ki, gələcək qlobal mübarizədə Rusiya məhz qərbin tərəfində durmalıdır. Əsas məsələ bunun əvəzində Qərbin Rusiyaya nə təklif etməsi və bu təklifin Rusiyanı qane edib-etməməsidir. Belə bir razılaşma olacağı təqdirdə belə, bu razılaşmanı pozacaq hadisələrin olub-olmamasını demək çox çətindir".

Beynəlxalq Təhlil Mərkəzinin ekspertinin sözlərinə görə, G7 köhnə dünya düzəninin, qüvvələr balansının simvolu idi, onu özündə əks elətdirirdi: "ABŞ isə köhnə düzəni, beynəlxalq münasibətlər sistemini dəyişmək istəyir və ona də görə də hesab edir ki, G7 də bu planlara artıq cavab vermir və bunun üçün daha yeni, proqressiv format tapılmalıdır".

Xəbər lenti
0