BAKI, 31 may — Sputnik. “Real” yay transferindən imtina edir
Kral klubu heyətinə yeni futbolçu cəlb etmək niyyətində deyil. Sputnik Azərbaycan “Marca” nəşrinə istinadən xəbər verir ki, koronavirus pandemiyasına görə yaranan iqtisadi böhran “Kral klubu”na da ciddi təsir edəcək. Madridlilərin maliyyə problemləri səbəbindən yayda bir futbolçu belə almayacağı qərarı verilib.
Qəzet yazıb ki, “Real” yalnız bir neçə futbolçusunu satacağı halda heyətinə yeni oyunçu cəlb edəcək. Amma bu ehtimal sıfıra bərabərdir. Çünki klublar hazırda “Real” kimi komandanın yüksək ödənişli futbolçularının maaşını qarşılamağa hazır deyil.