BAKI, 29 may — Sputnik. Sosial məsafəni qorumadığına görə futbol klubundan 12 xal silinib. Avstrya klubu "LASK" sosial məsafəni qorumadığına görə sanskiya ilə üzləşib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə məşq zamanı baş verib. Komanda 12 xal itirməklə yanaşı, 75 min avro məbləğində cərimələnib. İki həftə öncə "LASK" klubu pandemiya qaydalarına riayət etmədən adi qaydada məşqlərə start verib. Klub səhvini etiraf edərək bütün komanda üzvlərini koronavirus testindən keçirib. Hazırda onlar silinmiş xalların geri qaytarılması üçün müraciət etmək niyyətindədirlər.
Qeyd edək ki, Avstriya çempionatında liderlik edən "LASK" sanksiyanın tətbiqindən sonra 2-ci yerə yuvarlanıb. Hazırda onlar "Zalsburq" klubundan 3 xal geri qalır. Koronavirus pandemiyası ilə əlaqədar dayandırılan liqanın oyunları 2 iyun tarixindən bərpa olunması planlaşdırılır.