CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndiki dövrün təsirini bir neçə ay sonra hiss edəcəyik: Bu gün isə anlaşılmaz qiymət var

© Sputnik / Murad OrujovКошелек с манатами, фото из архива
Кошелек с манатами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırkı dövrdə əslində qiymətlərdə azalma müşahidə edilməli idi, hazırda isə qiymət dəyişməsi müşahidə edilmir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. “Xüsusi karantin rejimindən sonra iqtisadi aktivliyin zəifləməsinə və alıcılıq qabiliyyətinin aşağı olmasına baxmayaraq, bu gün daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edilir”. Bu barədə Sputnik Azərbaycan-a "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Участник программы по переселению в квартире многоэтажного жилого дома - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bahalı mənzillə pul yumaq: əmlak bazarında nə baş verir?

O, bildirib ki, ilin əvvəlində bazarda qiymət artımı müşahidə edilmişdi. Hazırda olan artım da, yanvar-fevral və mart ayının əvvəlində olan inersiyanın nəticəsidir.

"Təkrar mənzil bazarında qiymət artımı 2 faizə qədər müşahidə edilib. İlkin mənzil bazarında qiymət artımı 2 faizdən çoxdur. Kommersiya obyektləri, torpaq sahələri bazarında da qiymət artımı var" deyən ekspert vurğulayıb ki, indiki dövr üçün nə qədər qəribə olsa da kirayə mənzil bazarında da bahalaşma müşahidə edilir.

Onun sözlərinə görə, həyət və bağ evlərinin kirayəsinə qiymət artımı 0,26 faiz, satışında 2,2 faiz artım müşahidə edilir: "Bütün proseslər inersiyanın nəticəsidir. Biz koronavirusun daşınmaz əmlak bazarına olan təsirini hələ bir neçə ay sonra hiss edəcəyik. Bu gün hələ hiss edilmir".

N. İbrahimov əlavə edib ki, hər il yay aylarında daşınmaz əmlak bazarında ucuzlaşma müşahidə edilsə də, bu gün bazar boş olduğu üçün qeyri-müəyyənlik var.

"Bazarda satış yoxdur. Bu səbəbdən də hamının beynində köhnə qiymətlər qalıb" – ekspert vurğulayıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əmlak bazarında müşahidə edilən əməliyyatların məhdudlaşması, dinamikanın azalması ilə müşahidə edilir.

İnfoqrafika: Bakının daşınmaz əmlak bazarında qiymətlər - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Bakının daşınmaz əmlak bazarında vəziyyət necədir

"Bunun bir çox səbəbləri var. Düzdür bəzi dostlar səbəbləri texniki-inzibati məsələlərlə izah edirlər. Fikrimcə, burada inzibati qərarlarla yanaşı daha çox makroiqtisadi sabitliyin pozulması, yəni dünyada baş verən iqtisadi problemlər və bunun Azərbaycan bazarına təsiri ilə bağlıdır. Pandemiya dövründə ticarət əlaqələri məhdudlaşıb, Rusiya, Türkiyə və digər ölkələrdə yaşayan azərbaycanlıların istehlak məqsədilə ilə göndərdiyi pul axınları ciddi azalıb. Bu gün bu vəsaitlər Azərbaycan bazarı üçün çox önəmlidir. Eyni zamanda neft qiymətlərinin kəskin ucuzlaşması və aprel ayından başlayaraq Azərbaycan bazarlarına təsirləri, Azərbaycan manatı ilə bağlı risklərin və neqativ proqnozların olması makroiqtisadi baxımdan bütün istehlak bazarlarına mənfi təsir göstərdiyi kimi daşınmaz əmlak bazarına da öz mənfi təsirlərini göstərir”.

Ekspertin fikrincə, burada inzibati qərarların da müəyyən qədər təsiri var.

"Bəzi bazar iştirakçılarının fəaliyyətinin məhdudlaşdırılması, məsələn İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun, faktiki olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin dayanması və digər proseslər daşınmaz əmlak bazarında bütün istiqamətlər üzrə azalmaya gətirib çıxarır" – deyən R. Osmanlı əlavə edib ki, qiymətlər bazarda dinamika olduğu zaman müəyyən edilə bilər.

R. Osmanlı əlavə edib ki, hazırkı dövrdə əslində qiymətlərdə azalma müşahidə edilməli idi, hazırda isə, qiymət dəyişməsi müşahidə edilmir.

Xəbər lenti
0