Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bakının daşınmaz əmlak bazarında vəziyyət necədir

Abunə olmaq
Bakının daşınmaz əmlak bazarındakı vəziyyətlə daha ətraflı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.

Noyabr ayında Azərbaycanın paytaxtında daşınmaz əmlakın qiyməti aşağı düşüb: birinci əl mənzillərin qiymətində 1,57%, ikinci əl mənzillərdə 4,84%, torpaq sahələrində 0,1% azalma müşahidə edilib.

Şəhərin daşınmaz əmlak bazarında müxtəlif istiqamətli tendensiya müşahidə edilir: 2019-cu ilin yanvar-noyabr aylarında birinci əl mənzillərin qiymətində 6,87% artım olub. Ötən ilin analoji dövrü ilə müqayisədə isə ikinci əl mənzillər 1,4% ucuzlaşıb.

Bununla yanaşı, noyabr ayında kommersiya xarakterli daşınmaz əmlakın qiymətlərində artım (0,6%) nəzərə çarpıb. 2019-cu ilin yanvar-noyabr aylarında artım 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4% olub.

Noyabr ayında torpaq sahələrinin qiymətləri, demək olar ki, dəyişməyib (cəmi 0,1% azalma). 2019-cu ilin yanvar-noyabr aylarında qiymətlərdə ötən ilin eyni dövrünə nisbətən 3,7% artım qeydə alınıb.

Bakının daşınmaz əmlak bazarındakı vəziyyətlə daha ətraflı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiniz.

Xəbər lenti
0