CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" sayğacla bağlı məsələyə aydınlıq gətirdi

Abunə olmaq
"Bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər" - "Azəriqaz" İB

BAKI, 26 may — Sputnik. Cari ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, "Azəriqaz" vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür. Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidi: "Mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır. Bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər".

Lüləsi və qundağı kəsilmiş ov tüfəngi - Sputnik Azərbaycan
HADİSƏ
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib

"Bu heç də belə deyil, bu tip sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir", - deyə məlumatda bildirilib.

Bilrlikdən verilən məlumatda qeyd  olunub ki, dövri yoxlama müddəti bitmiş İTRON şirkətinin istehsalı olan Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi zamanı smart sayğacda qalmış avans ödənişlər (istifadə olunmamış qaz sərfinin dəyəri) azı 10, geci 30 gün ərzində abonentin mexaniki sayğaclar üzrə olan hesabına kubmetrdən dəyərə çevrilməklə bərpa olunur. Əgər abonent bu avans ödənişlərin bərpasını tezləşdirmək istəyərsə, onda "ASAN Kommunal" mərkəzlərinə müraciət edə bilər. Debitor borcu olan və hissə-hissə ödənilməsi məqsədilə həmin borc smart kartına keçirilmiş abonentlər üzrə dövri yoxlama müddəti çatmış smart-kart tipli qaz sayğacları isə Birliyin Metrologiya Departamentində sınaqdan uğurlu çıxan smart-kart tipli qaz sayğacı ilə əvəzlənir.

Sayğacların yoxlanılması "Qazdan istifadə qaydaları" haqqında Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin sənəddə qeyd edilir ki, əhali abonent qrupu üzrə qaz sayğacları 5 il, qeyri-əhali qrupu üzrə isə 3 ildən bir dövlət yoxlamasına təqdim olunmalıdır.

Xəbər lenti
0