Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib

© Sputnik / Rahim MuradovLüləsi və qundağı kəsilmiş ov tüfəngi
Lüləsi və qundağı kəsilmiş ov tüfəngi - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər arasında mübahisə işıq pulunu ödəmək üstündə yaranıb. Hadisəni törədən şəxs artıq saxlanılıb.

BAKI, 26 may - Sputnik. Masallıda güllələnmə hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Masallı şəhər sakini, "Azərişıq" ASC-nin əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırov rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən ov tüfəngi ilə güllələnib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tərəflər arasında mübahisə işıq pulunu ödəmək üstündə yaranıb. Hadisəni törədən şəxs artıq saxlanılıb.

Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. 

İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0