BAKI, 24 may — Sputnik. Yaponiyalı tennisçi Naomi Osaka ötən il ərzində 37.4 milyon dollar qazanaraq dünyanın ən çox məvacib alan qadın idmançısı oldu.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Forbes yazıb.
22-year-old Japanese tennis player, Naomi Osaka, racked up $37 million in earnings in the past year—more than any other female athlete in history https://t.co/dPyVyZLqvO by @kbadenhausen pic.twitter.com/m6zuyzqhSX
— Forbes (@Forbes) May 22, 2020
N.Osaka amerikalı tennisçi Serena Uilyamsı 1.4 milyon dollar “üstələyib”. Serena ən yüksək məvacibi olan idmançı qadınların siyahısına dörd il dalbadal başçılıq edib.
Japan's Naomi Osaka has surpassed Serena Williams as the world's highest-paid female athlete, according to Forbes.
— Sky Sports News (@SkySportsNews) May 22, 2020
2015-ci ildə qadın atletlər arasında ən çox qazanan rusiyalı tennisçi Mariya Şarapova olmuşdu (29.7 milyon dollar).
Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi.